Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycan Avropa İttifaqı ilə danışıqları bərpa edir

Azərbaycan Avropa İttifaqı ilə danışıqları bərpa edir

Azərbaycan və Avropa İttifaqı mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində danışıqları bərpa edir.

Bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Trend-ə bildirib.

“Sentyabrda altkomitələr işini bərpa edəcək. Və payız ayları ərzində dörd altkomitənin iclaslarının keçirilməsi nəzərdə tutulur. Bunlar ticarət, energetika v nəqliyyat ekologiya, təhlükəsizlik və insan haqları, təhsil və digər sosial məsələlər üzrə altkomitələrdir”-nazir müavini bildirib.

Məmmədquliyevin sözlərinə görə, bu danışıqlar Aİ-nin Azərbaycanla strateji tərəfdaşlığa dair yeni razılaşmasına dair müzakirələr üçün mandatın verilməsinin vaxtından asılı olmayaraq başlayacaq. “Gözlənilir ki, Azərbaycana mandat oktyabr ayı ərəfəsində veriləcək, lakin bu hələ ilkin müddətdir. Bundan asılı olmayaraq biz Aİ ilə mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində işi bərpa edəcəyik”-nazir müavini deyib.

Məmmədquliyev hesab edir ki, strateji tərəfdaşlıq haqda sazişin imzalanması Azərbaycanla Aİ arasında əməkdaşlığı daha yüksə səviyyəyə qaldıracaq. Yeni razılaşma layihəsi Azərbaycan qanunvericiliyinin və prosedurlarının Aİ-nin standartlarına, ən mühüm beynəlxalq ticarət normalarına uyğunlaşdırılmasını nəzərdə tutur. Bu, Azərbaycan mallarının Aİ bazarlarına daxil olmasını asanlaşdıracaq.

Azərbaycan Aİ-nin Assosiasiya razılaşması təklifini qəbul etməyib, bunun əvəzində strateji tərəfdaşlıq proqramı təklif edib. Avropa Parlamentinin Bakıya qarşı qəbul etdiyi qətnamələrdən sonra Brüssellə danışıqlar dayandırılmışdı.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın