Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Sosial / Azərbaycan atmosferi ötən il daha çox çirkləndirilib

Azərbaycan atmosferi ötən il daha çox çirkləndirilib

Azərbaycanda atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, keçən il ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2018-ci illə müqayisədə 0,9 min ton artaraq ümumilikdə 1122,1 min ton təşkil edib. Onun da 84,2 faizi və ya 945,2 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb.

Stasionar mənbələrdən atılmış zərərli maddələrin həcmi 3,5 faiz artıb, avtomobillərdən atılmış maddələrin həcmi isə 0,5 faiz azalıb. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakıda 6,2 min ton, Sumqayıtda 0,4 min ton, Şirvan şəhərində 0,02 min ton artıb.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 59,9 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 41,9 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.

Atmosferə atılmış bütün zərərli tullantıların 66 faizini karbohidrogenlər, 12,6 faizini azot oksidi, 9,1 faizini karbon oksidi, 0,4 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.

Həmçinin oxuyun

DSMF sədri: “6500-dən artıq saxta əlillik işi ləğv edilib”

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün istiqamətlərdə sağlamlaşdırma işləri həyata keçirilir. Əsassız pensiyaların ləğv olunması, …