Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Azərbaycada minimum əməkhaqqı artırılacaq – RƏSMİ

Azərbaycada minimum əməkhaqqı artırılacaq – RƏSMİ

Azərbaycanda minimum əməkhaqqının mərhələlərlə artırılması nəzərdə tutulur.

Bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Belə ki, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Maliyyə nazirliklərinə tapşırılıb. /Report

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …