Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / Sosial / Aysun toyundan 1 gün əvvəl niyə intihar edib? – TƏFƏRRÜAT

Aysun toyundan 1 gün əvvəl niyə intihar edib? – TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Qəbələ rayonunun Nohurqışlaq kəndində intihar hadisəsi baş verib. 

Belə ki, 23 yaşlı Aysun Abdurrahmanlı yaşadığı evin zirzəmisində toyu olacağı günü özünü asaraq öldürüb.

Modern.az-ın əldə etdiyi məlumata görə Aysun nişanlısı ilə yola getmədikləri üçün canına qıyıb.

Yaxınlarının bildirdiyinə görə, təxminən 3 aya yaxın müddət imiş ki, Aysunla nişanlısı arasında anlaşılmazlıqlar olurmuş.

Bütün bunlar Aysun özünü asdıqdan sonra məlum olub. Belə ki, onun bəzi səs yazıları və mesajları ortaya çıxıb. 

Qeyd edilir ki, istintaq getdiyi üçün telefon hazırda polisdədir. Aysunun özünü asmağına səbəb isə ikisindən birinin bu evliliyi istəməməsi olub. Ailə də hələ bilmir ki, evliliyi istəməyən hansı olub.

Mesajlardan məlum olub ki, gecə saat 4-də nişanlısı Aysungilin evinə gəlib onu sevmədiyini deyib, hətta hədələyib. Aysun da olub- bitəni ailəsinə deyə bilmədiyi üçün özünü öldürüb. 

Həmçinin, Aysunun nişanlısının qazi olduğu bildirilir.

Qeyd edək ki, toyları olmasa da onlar bir müddət əvvəl  rəsmi nikaha daxil olublar. 

Həmçinin oxuyun

İnam Kərimovun milyonluq maxinasiyası və məhv edilən aqrar sektor – ARAŞDIRMA

Kənd təsərrüfatı naziri İnam Kərimov müsahibəsində bildimişdi ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş …