Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Aydın Bəşirov vəzifəyə təyin olunması xəbərindən danışdı: “Kəmaləddin Heydərovla dostam”

Aydın Bəşirov vəzifəyə təyin olunması xəbərindən danışdı: “Kəmaləddin Heydərovla dostam”

Prezidentin Sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun köməkçisi vəzifəsinə təyin edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

A.Bəşirov “Ölkə.Az”-a açıqlamasında yayılan məlumatların doğru olmadığını söyləyib:

“Mən necə vəzifəyə təyin edilmişəm ki, xəbərim yoxdur? Bilirsiniz, bu “qız evində toydur, oğlan evinin xəbəri yoxdur” misalına bənzəyir. Mən heç bir vəzifəyə təyin olunmamışam, evimdə istirahət edirəm. Ola bilsin ki, kimsə məni Fövqəladə Hallar Nazirliyinin binasında görüb, ona görə də belə yazırlar. Mən nazir Kəmaləddin Heydərovla dostam, hərdən də nazirliyə gedib onunla görüşürəm. Həm də evim Nazirliyin yüz metrliyində yerləşir. Bütün bunlar o demək deyil ki, mən FHN-də işə düzəlmişəm. Yenə deyirəm, bu cür məlumatlar tamamilə yalandır”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın