Hazırda ABŞ-da mühacirətdə olan Milli Məclisin eks-spikeri Rəsul Quliyev keçmiş prezident Ayaz Mütəllibovun 1992-ci ilin may ayında dövlət başçısı postundan istefa verməsi ilə bağlı açıqlamalarla çıxış edib. O, Modern.az-a müsahibəsində Ayaz Mütəllibovu hətta qorxaqlıqda da ittiham edib. Rəsul Quliyev keçmiş prezidenti hakimiyyətdə olarkən ölkəni uçuruma aparmaqda da qınayıb.
Eks-spikerin bu yöndəki mütəmadi açıqlamalarına Ayaz Mütəllibov reaksiya verib. O, Modern.az saytına açıqlamasında bildirib ki, Rəsul Quliyev elə bir şəxsdir ki, ona cavab verməyi özünə rəva görmür.
“Ona cavab verməyi özümə borc və rəva bilmirəm”.
Keçmiş dövlət başçısı əlavə edib ki, eks-spikerin danışdıqları boş və mənasız sözlərdir: “Qoyun, nə qədər çərənləyir çərənləsin. Ona bundan artıq cavab verməyəcəyəm”.
Həmçinin oxuyun
Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO
Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …