Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Ayaz Mütəllibov kimə səs verdiyini gizli saxladı

Ayaz Mütəllibov kimə səs verdiyini gizli saxladı

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov bu gün parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

Virtualaz.org saytı xəbər verir ki, o, 17 saylı III Yasamal seçki dairəsinin 26-cı səsvermə məntəqəsində səs verib.

A.Mütəllibov vətəndaşları seçkidə fəal olmağa çağırıb: “Mən öz seçimimi azad şəkildə etdim. Ölkədə yaradılmış normal və azad seçki mühitindən mən də razıyam”.

Sabiq prezident jurnalistlərin “kimə səs vermisiniz” sualını cavablandırmaqdan imtina edərək səs verdiyi namizədin adını açıqlamayıb: “Səsvermə gizlidir. Ona görə də kimə səs verdiyimi açıqlamaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, ölkədə siyasi sabitlik var, sosial-iqtisadi inkişaf prosesi gedir. Azərbaycanın hərbi qüdrəti və beynəlxalq nüfuzu gündən-günə artır. Vətəndaşlar bunu qiymətləndirməli və bu siyasətə öz töhfələrini verməlidir”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın