Ana səhifə / Sosial / Ayaz Mütəllibov: “Hətta Cümhuriyyət dövründə də belə mühüm qərar qəbul olunmayıb”

Ayaz Mütəllibov: “Hətta Cümhuriyyət dövründə də belə mühüm qərar qəbul olunmayıb”

“Mən bilmirəm iyun ayında Azərbaycanın müstəqilliyi ilə bağlı hansı hadisə olub. Amma bu bir həqiqətdir ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib”.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bildirib.

Ayaz Mütəllibov deyib ki, bu, tarixi baxımdan Azərbaycanın müstəqilliyi ilə bağlı qəbul edilmiş ən ciddi sənəddir, hətta Cümhuriyyət dövründə də buna bənzər sənəd qəbul olunmayıb.

Eks-prezident bildirib ki, yaranmış tarixi şəraitdən SSRİ rəhbərliyi öz məqsədləri üçün istifadə etməklə Rusiyanın situasiyadan daha çox yararlanmağını istəyirmiş. Azərbaycan vəziyyəti vaxtında qiymətləndirməklə “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edib.

Qeyd edək ki, bu gün bəzi televiziya kanallarında xalqın 18 oktyabrı müstəlliq günü kimi qəbul etmədiyi barədə fikirlər səslənib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın