Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Ayaz Mütəllibov: “Putinin Azərbaycana qarşı siyasəti yaxşıdır”

Ayaz Mütəllibov: “Putinin Azərbaycana qarşı siyasəti yaxşıdır”

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Rusiyanın təşəbbüsü ilə 5 rayonun geri qaytarılacağı ilə vağlı son günlər yayılan məlumatları şərh edib.

A.Mütəllibov Ölkə.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Son vaxtlar belə söhbətlər yayılıb ki, guya 5 rayon geri qaytarılacaq və əvəzində isə Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq və sairə. Ancaq bütün bunlar cəfəngiyatdır. Bu mümkün olan məsələ deyil. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, biz Dağlıq Qarabağı heç kəsə verməyəcəyik. Ona görə də bu cür məlumatlara ciddi yanaşmaq doğru deyil”.

Sabiq prezident deyib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlar davam etdirilir:

“Hələlik ABŞ-ın yeni prezidenti Donald Tramp Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini açıqlamasa da, ancaq rəsmi Moskva-Vaşinqton qarşıdurması davam edəcək. Rəsmi Moskva ilə Vaşinqton arasında mövcud olan mövqe hansı istiqamətə inkişaf edəcəksə, bunu zaman göstərəcək.

Digər tərəfdən isə müşahidələrimə görə son vaxtlar Rusiyanın Dağlıq Qarabağla bağlı səyləri sürətlənib. Buradan Qərb tərəfinin də səylərini artıracağı nəticəsini çıxartmaq olar. Konkret nəticə olacaqmı, bunu dəqiq deyə bilmərəm. Ancaq proseslərin sürətlənməsini alqışlamaq lazımdır. Hər halda danışıqların aparılması proseslərin dondurulmasından faydalıdır”.

A.Mütəllibov təəssüf hissi ilə qeyd edib ki, indiyədək keçirilən danışıqlar səmərəsiz nəticələnib:

“Qarabağ düyünü elə rahatlıqla açılası məsələ deyil. Ona görə də biz uzun illərdir ki, Qarabağ probleminin həlli ilə bağlı keçirilən görüşlərin şahidi oluruq. Çox təəssüf ki, hələ də ortada bir müsbət nəticə yoxdur”.

Eks-prezident vurğulayıb ki, hazırda Azərbaycanla Rusiya münasibətləri də yaxşı səviyyədədir:

“Bunu zaman-zaman Rusiya siyasətçiləri də bəyan edirlər. Əgər Dağlıq Qarabağ münaqişəsi olmasaydı, bizim münasibətlər daha da yaxşı olardı. Şübhəsiz ki, Rusiya vasitəçi dövlət kimi Ermənistan tərəfinin də mövqeyini nəzərə alır. Ancaq hazırda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana qarşı siyasəti yaxşıdır. Eyni zamanda indi Azərbaycanın Moskvada nüfuzu çox yüksəkdir”.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …

Bir cavab yazın