Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Ayağa qalxması üçün 10 min manat lazımdır: – Səhiyyə Nazirliyi isə pulun olmadığını deyir

Ayağa qalxması üçün 10 min manat lazımdır: – Səhiyyə Nazirliyi isə pulun olmadığını deyir

Nizami rayon sakini, I qrup əlil Şahid Süleymanov 4 il əvvəl Tibb Universitetinin Tədris Klinikasında bel-onurğa yırtığından əməliyyat olunub.

Əməliyyatı uğursuz keçən Şahid Süleymanov elə o vaxtdan yerimə qabiliyyətini itirib və əlil arabasına məhkum qalıb.

Cebhe.TV xəbər verir ki, Doğmalarını vaxtsız itirən Şahid Süleymanov tək yaşayır və illərdir qonşuların, yaxın dostunun köməyinə möhtacdır. Ayağa qalxması üçün ikinci dəfə əməliyyat olunmalıdır.

Əməliyyatını isə Azərbaycanda heç bir klinika boynuna götürmür. Şikayətçi problemi ilə bağlı diaqnozunu Türkiyənin “Medi Health” klinikasına göndərib. Klinikadan əməliyyatın mümkünlüyü və bunun üçün 10 min dollar tələb olduğu bildirilib. Klinika Şahid Süleymanovun sərbəst gəzə biləcəyinə zəmanət verib. Şahid Süleymanovun isə əməliyyat üçün maddi imkanı yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Səhiyyə Nazirliyinə müraciət edən şikayətçi problemin həllini gözləyir.

Səhiyyə Nazirliyindən ona əməliyyat üçün vəsaitin olmadığı deyilib. O, Türkiyədə əməliyyat olunması üçün Cebhe TV vasitəsilə imkanlı şəxslərdən kömək istəyib. Bu, həmsöhbətimizin artıq ikinci müraciətidir.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …