Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Sosial / AXCP sədrinin müavininin niyə saxlandığı bilindi – Cinayət işi açılıb

AXCP sədrinin müavininin niyə saxlandığı bilindi – Cinayət işi açılıb

AXCP sədr müavini Gözəl Bayramlı həbs edilib, onun Bakıya gətiriləcəyi gözlənilir.

Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Bayramlı Sərhəd Xidməti tərəfindən saxlanılıb və ona qarşı cinayət işi açılıb. Vəkil Bayramlının konkret olaraq nədə ittiham olunduğunu və hansı maddə ilə cinayət işi açıldığını bilmir.

“İş Sərhəd Xidmətinin icraatındadır”, -deyə vəkil yazıb.

Azərbaycan Sərhəd Xidməti bu məsələ ilə bağlı şərh vermir.

***

Milli Şura üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev isə bildirib ki, gömrük işçiləri Gözəl Bayramlinin çantasından 10 min saxta dollar aşkar etdiklərinə görə, saxlanılıb. O. Gülalıyevin bildirdiyinə görə, Gözəl Bayramlı bu gün səhər saat 06.00 radələrində Dövlət Sərhəd Xidmətinin Şəmkir rayon Dəllər qəsəbəsində yerləşən regional İdarəsinə gətirilib: “Az öncə isə o, adı çəkilən idarədən çıxarılıb və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının iştirakı ilə Bakıya gətirilir. Ona cinayət işi açılıb və bu gün məhkəmə önünə çıxarılaraq haqqında həbs qətiimkan tədbiri seçiləcəyi gözlənilir ”.

Həmçinin oxuyun

Pirşağıda dənizi hasarlayıb, pulsuz çimərliyə buraxmırlar – Video

Xəzər dənizinin Pirşağı qəsəbəsi ərazisinə düşən çimərlik hissəsi kasıb əhalinin üzünə bağlanıb. “Yeni Sabah”ın redaksiyasına …

Bir cavab yazın