Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / “AXCP-nin qurultayında sədr seçkisi azad və ədalətli keçirilməyəcək”

“AXCP-nin qurultayında sədr seçkisi azad və ədalətli keçirilməyəcək”

“AXCP tarixində ilk dəfə Əli Kərimlidən başqa sədrlik postu uğrunda mübarizə aparan namizəd var. Sahib Kərimli haqlı olaraq təklif edir ki, seçkilər gizli keçirilsin”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Nemət Kərimli deyib.
N. Kərimli bildirib ki, AXCP də daxil olmaqla, istənilən təşkilatın strukturlarına seçkilərin azad keçirilməsi üçün səsvermənin gizli olması vacibdir: “Mən hesab edirəm ki, AXCP-nin qurultayında partiyanın strukturlarına keçirilən seçkilər azad və ədalətli olmayacaq. Çünki seçkilərlə bağlı qəbul olunmuş standartlar var və 2002-ci il ildə Venesiya Komissiyası tövsiyə xarakterli təlimat yayıb. Orada üzv dövlətlərdə seçkilərin azad keçirilməsi üçün əməl olunacaq şərtlər açıqlanıb. Bu şərtlərdən biri gizlilik prinsipinin qorunmasıdır. Yəni, səsvermə gizli keçirilməlidir. Əgər seçkilər gizli deyilsə, deməli, azadlıqdan danışmaq düz deyil. Çünki açıq səsvermə zamanı digərinin təsir dairəsinə düşmək ehtimalı böyükdür”.
N. Kərimli qeyd edib ki, seçkilərin ədalətli keçirilməsi üçün Say komissiyası hər iki tərəfin etimadına uyğun formalaşdırılmalıdır: “Ancaq Müsavat Partiyasından fərli olaraq, AXCP-də açıq səsverməyə üstünlük verilir. Bu isə seçkilərin azad keçiriləcəyini şübhə altına alır”.
Qeyd edək ki, AXCP-nin qurultayı sentyabrın 27-də keçiriləcək. Partiyanın Rəyasət Heyətinin üzvü Sahib Kərimli AXCP sədrliyinə namizədliyini açıqlayıb.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …

Bir cavab yazın