Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / AXCP-Müsavat danışıqlarında ilk nəticə var

AXCP-Müsavat danışıqlarında ilk nəticə var

İki partiya arasında ittihamlar səngiyib
Müsavatla AXCP arasında başqan müavini Tofiq Yaqublu azadlığa çıxdıqdan sonra əməkdaşlıq istiqamətində danışıqlar davam edir. Müsavat başqanı Arif Hacılının facebook statusunda T.Yaqubluya danışıqlar istiqamətində görəv verməsini yazması bu prosesləri daha da sürətləndirib.

Məhz bundan sonra başqan müavini AXCP rəhbərliyi və ardınca da sədr Əli Kərimli ilə görüşdü. Amma hələ ki danışıqlar istiqamətində ciddi irəliləyişlər nəzərə çarpmır. Lakin diqqət yetirəndə görürük ki, əvvəlki zamanlarda olan hər iki qurum arasındakı narazılıqlar, sosial şəbəkələr və mətbuatdakı söz savaşından əsər-əlamət qalmayıb. Yalnız bu amili danışıqlar istiqamətində uğur saymaq olar.

T.Yaqublu “Yeni Müsavat”a açıqlamasında ümidli danışdı: “Gürcüstandan yeni gəlmişəm. Arada bayram günləri olduğu üçün ilk dəfə müavinliyin iclasındayam. Bir daha deyirəm ki, Müsavat və AXCP arasındakı birləşdirmə məsələsini mətbuat düzgün təqdim etmir. İlk gündən demişəm ki, münasibətlərin yaxşılaşdırılması, gələcəkdə münasibətlərin yaxşı olması üçün bu prosesləri aparıram. O da uğurlu alınır. Müsavat başqanı da buna dəstək verdi. Bu prosesdən də çox ümidliyəm. Burada hansısa birlik, blokdan söhbət getmir. Özünüz müşahidə edəndə görəcəksiniz ki, qarşılıqlı ittihamlar xeyli səngiyib. Məncə, bunun sonluğu yaxşı olacaq. Hələ ki ilk mərhələni uğurla başa vurmuşuq. Azərbaycanın tarixində taleyüklü anlar gələcək. Ölkənin real müxalif qüvvələrinin bir yerdə olması, mübarizə aparması çox zəruridir. Qarşımıza hədəf qoymamışdıq ki, bu iş bir aya başa çatacaq. İstənilən halda mübarizə aparırıqsa, müəyyən hədəflərə çatmaq istəyiriksə, gücümüz çox olmalıdır. Bir var ki, bizimlə eyni düşüncədə olan insanlar bizə rəqib olsunlar, bir də var ki, ya loyal münasibətləri olsun, ya da bizi dəstəkləsinlər. O zaman məsələ daha yaxşı olar”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın