Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / AXCP fəalı vaxtından əvvəl azadlığa buraxıldı

AXCP fəalı vaxtından əvvəl azadlığa buraxıldı

AXCP fəalı , 2-ci qrup Qarabağ əlili İsmayıl Rəsulov bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Virtualaz.org saytının verdiyi məlumata görə, onun azadlığa buraxılması barədə qərarı Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası verib.

İ.Rəsulovun vəkili Əsabəli Mustafayev bildirib ki, şikayətə belə tələsik baxılacağını gözləmirlərmiş: “Biz apellyasiya şikayətini məhkəməyə avqustun 29-da təqdim etmişdik. Bu gün qəfildən zəng elədilər ki, “gəlin, şikayətə baxılır””.

Xatırladaq ki, 59 yaşlı İ.Rəsulov avqust ayının 24-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilmişdi.

Müxalifətçi polisə müqavimət göstərərək inzibati xəta törətməkdə təqsirləndirilirdi.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın