Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / AXCP daxilində narazılıq artır

AXCP daxilində narazılıq artır

Əli Kərimlini tənqid edənlərin partiyadan çıxarılması etirazlara yol açıb
AXCP-də sədr Əli Kərimlini tənqid edən şəxslərə qarşı həyata keçirilən xaricetmə əməliyyatı partiyanın daxilində narazılıq yaratmağa başlayıb. Artıq Əli Kərimliyə yaxınlığı ilə tanınan şəxslərdən də bu siyasətdən narazı tonda açıqlamalar gəlməkdədir. AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirli bildirib ki, Nərimanov rayon təşkilatının sədr müavini Dəyanət Babayevin, təşkilatın Gənclər Komitəsinin üzvləri Cavid Musazadənin və Ehtiram Mehdiyevin partiyadan çıxarılmasından təəssüflənib.

Onlar partiyadan çıxarılmamalı idilər: “Onlara partiya nizamnaməsini pozduqlarına görə xəbərdarlıq oluna, töhmət verilə bilərdi. Bu, daha yaxşı olardı. Nizamnamə pozuntusuna yol vermiş hər kəsi partiyadan xaric etmək doğru deyil. Bu məsələni araşdırıram. Bildiyiniz kimi, Cavid Musazadə və Ehtiram Mehdiyev bundan əvvəl AXCP-nin Suraxanı rayon təşkilatı Gənclər Komitəsinin üzvü idilər. Həmin təşkilatda olarkən onların partiyadan xaric edilməsi ilə bağlı qərar çıxarılmışdı. AXCP Rəyasət Heyətinin qərarı ilə onlar Nərimanov rayon təşkilatına üzv oldular. İndi isə bu təşkilatdan da çıxarıldılar. Bildirildi ki, onlar nizamnamə pozuntusuna yol veriblər. Onların yol verdikləri pozuntunun partiyadan xaric edilmələrinə səbəb olacaq səviyyədə ciddi pozuntu olub-olmadığını araşdırıram”.

Xatırladaq ki, iyunun 4-də AXCP) Nərimanov rayon təşkilatı Məclisinin növbədənkənar toplantısı keçirilib. İclasda Nərimanov rayon təşkilatının sədr müavini Dəyanət Babayevin, Gənclər Komitəsinin üzvləri Cavid Musazadənin və Ehtiram Mehdiyevin fəaliyyəti müzakirə olunub. Müzakirələrin yekununda onların partiya sıralarından xaric edilməsi barədə qərar qəbul olunub. Hər üç şəxsin son vaxtlar Əli Kərimliyə münasibətlərində tənqidi mövqe nümayiş etdirdiyi və partiyadan çıxarılmalarına da bunun səbəb olduğu, xaric etmək barədə göstərişin partiya rəhbərliyindən gəldiyi deyilir.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın