Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Sosial / AXCP-dən daha beş gənc Razi Nurullayevin tərəfinə keçdi

AXCP-dən daha beş gənc Razi Nurullayevin tərəfinə keçdi

Gənclər Əli Kərimlinin siyasətinə etiraz etdilər; yeni AXCP-nin sıraları günbəgün genişlənir

 
AXCP-də istefalar səngimək bilmir. Razi Nurullayevin rəhbərlik etdiyi Etimad Qurultayı üzrə Təşkilat Komitəsinə qoşulanların sayı günbəgün artır. Qurumun daha beş gənc üzvü partiya sıralarından istefa verərək, R.Nurullayevin tərəfinə keçiblər.
Gənclər sosial şəbəkələrdə paylaşdıqları şəkillərdə öz fikirlərini ifadə ediblər. Hüseyn Bayramov, İsmayıl Azəroğlu, Kamran Fərəcov, Riçard Bəkiroğlu və Ceyhun Bayramov Əli Kərimlinin yürütdüyü siyasəti pisləyərək, bundan sonra fəaliyyətlərini R.Nurullayevin liderliyi altında davam etdirəcəklərini bildiriblər.
Cəbhəçi gənclər üzərində “Əli Kərimli biz sizə yox deyirik”, “Razi bəy biz sizi dəstəkləyirik” və “Gənclərlə irəli gedəcəyik” yazılmış plakatlar tutmaqla, Əli Kərimlinin siyasətinə etirazlarını ifadə ediblər. Gənclər öz bəyanatlarında partiyada fəaliyyət göstərdikləri dövrdə şəxsən sədrin göstərişi ilə təzyiqlərlə üzləşdiklərini bildiriblər.
Bəyanatda bu sözlər yer alır: “Partiyada hökm sürən avtoritarizm gənclərin inkişafını əngəlləyir. Çünki hər bir gəncin timsalında Əli Kərimli özünün alternativini görür. Etimadsızlıq mühitində fəaliyyət göstərmək mümkün deyil. Partiya üzvlərinin 90 faizi bu gün Əli Kərimliyə etimadsızlıq göstərir və onu sədr kimi görmək istəmir. Biz bütün AXCP üzvlərini ona etimadsızlıq göstərməyə və fəaliyyətlərini Əli Kərimlisiz AXCP-də davam etdirməyə çağırırıq”.

 

musavat.com

Həmçinin oxuyun

Bakı-Xırdalan-Sumqayıt qatarı nə vaxt işə düşəcək? – Açıqlama

Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarlarının hərəkəti Baş Keşlə stansiyasının kontakt şəbəkəsinin yenidən qurulmasından sonra bərpa ediləcək.“ Azərbaycan …

Bir cavab yazın