Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / AXCP-də şok olay – Ən yaxın adamı Əli Kərimliyə qarşı

AXCP-də şok olay – Ən yaxın adamı Əli Kərimliyə qarşı

Sahib Kərimli AXCP sədrliyinə namizəd oldu: “Əli bəyin də zəif tərəfləri var”

AXCP Rəyasət Heyətinin üzvü, Əli Kərimlinin ən yaxın adamlarından biri olan Sahib Kərimli şok açıqlama yayıb. O, facebook səhifəsində yazıb: 

– Dostlar, AXCP sədrliyinə namizədliyimi elan edirəm. Hörmətli sədr Əli Kərimli çağdaş Azərbaycan siyasətinin görkəmli simalarından biridir, hal-hazırda cəmiyyətdəki protest elektoratın ümidlə baxdığı liderdi. Hamının olduğu kimi Əli bəyin də zəif tərəfləri var. Demokratiyanın verdiyi fürsətlərdən yararlanaraq, siyasi mədəniyyət və əxlaq çərçivəsində, Əli bəylə yarışmaq istəyirəm. Mən 16 yaşımdan cəbhəçiyəm, 25 illik siyasi fəaliyyətim var, məhbus həyatı yaşamışam, tanıyan dostlar azad adam kimi xarakterizə edirlər. Azadlığımı heç kimə, o cümlədən atdığı yanlışlarla özünü hər gün fəlakətə aparan hakimiyyətə heç vermərəm. Heç kim uzağa gedən nəticələr çıxarmasın. Mən qurultaydan sonra sıravi cəbhəçi olaraq qalacam. Heç kim məni çirkin və namərd oyuna qoşa bilməz. Partiya daxilində sədri tənqid etmə ənənəsini mən möhkəmlətmişəm. Yuxarı və orta səviyyəli funksionerlər yaxşı bilirlər ki, sədrin yaxın ətrafının partiya daxilindəki pozuculuq fəaliyyəti illərdir hədəfimdədir. Hörmətli sədri də onları himayə etdiyi üçün, partiya idarəetməsində kollegiyallığın qrup oyunları ilə əvəzlənməsinə imkan tanıdığı üçün dostcasına tənqid etmişəm. Sədrliyə namizəd olmağıma düşmən münasibət gözləmirəm, rahatam. Qələbə şansım azdır, amma pozitiv işlər görəcəyimə inanıram. Fərqli düşüncəm var və bunu illərdir ifadə edirəm. Partiya ideoloji boşluqdadır. Maraqlı müzakirələr açıla bilər. Tənqidlərim kollegial idarəetməni təşviq edəcək. Əli bəyin demokratlığına və tolerantlığına şübhə edənlər az deyil. Mənə danışma və yarışma imkanı tanınsa , bundan da pozitiv yararlanma imkanı olacaq.

Ən başlıcası demokratik seçki vərdişlərinə yiyələnmək üçün fürsət yaranacaq. Partiyadaxili demokratiyanın nümunələrini sərgiləməklə, bütün ölkəyə pozitiv mesaj verə bilərik.

sahib

sahib1

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …

Bir cavab yazın