Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / AXCP-də daha bir istefa

AXCP-də daha bir istefa

Bu AXCP-nin Sabunçu şöbəsinin üzvü Teymur Kərimli təmsil olunduğu partiyadan istefa verdiyini açıqlayıb. Gənc fəal istefasına səbəb olan amillərlə bağlı facebookda status yazıb.
Azinforum.az həmin statusu olduğu kimi təqdim edirik:
“Hörmətli dostlarım, cəhbədaşlarım bildiyiniz kimi, bu ilin yanvar ayından AXCP Sabunçu rayon şöbəsində mənə qarşı sədr tərəfindən etik normalara uyğun olmayan hərəkətlər baş vermişdir. Sədr məni telefonda söymüşdür və mən Əli bəyin şəxsi səhifəsinə, Əbülfəz Qurbanlıya, NTK sədrinə, Məclis sədri Həsən Kərimova, Fuad Qəhrəmanlıya məlumat vermişdim. Lakin bu günə kimi heç bir tədbir görülməmişdir. Bu ilin 28.06.2015-ci ildə isə konfrans baş tutmuş və mən də həmin konfransda iştirak etmişdim Mandat üzvlərindən 15-ə yaxın üzvü tanımamışam. Onların nə zamandan partiyaya üzv olduğunu bilmirəm. Yəni pripiska məsələsi burda da baş vermişdir. Mən də namizədliyimi irəli sürdüm, lakin seçki zamanı dözümsüzlük. siyasi iradələrini ortaya qoya bilməyən şəxs, Məclis sədrinin ( Rəfail Həsənovun ) oğlu oturduğum yerdə yumruqla məni vurdu. Bu hadisələr sədrin müavini Nurəddin Məmmədli və NTK sədri Arzuman Məcidlinin yanında baş verdi. Bu hadisədən sonra mən iclası tərk edəsi oldum. AXCP Sabunçu rayon şöbəsi saxta seçkisini keçirtdi və təşkilatı pis günə qoyan Allahverdi Allahverdiyevi sədr seçdilər. Mən yenidən göstərilən tərbiyəsizliklə bağlı müraciət etsəm də, bu günə kimi tədbir görülməmişdir. Hər bir dostumdan xahiş edirəm ki, bu yazıdan sonra nə heç kim mənə yazsın nə də ki zəng etsin. AXCP Sabunçu rayon şöbəsinə, Məclisinə , AXCP sədrinə yazaraq bildirmək istəyirəm ki, məni Sabunçu rayon şöbəsi üzvlüyündən azad edəsiniz, artıq bu şöbədə bu şəkildə fəaliyyət göstərmək mümkünsüzə çevrilmişdir”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın