Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Avtomobillərin icbari sığortasında yeniliklər ediləcək – VİDEO

Avtomobillərin icbari sığortasında yeniliklər ediləcək – VİDEO

Azərbaycanda avtomobillərin icbari sığortasında yeniliklər ediləcək. Avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb.

Bunu Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda sığorta hadisəsi olanda zərər görənə zərər verən kompensasiya ödəyir. Yeniliyə əsasən, gələcəkdə qəza zamanı avtomobilinə zərər dəymiş şəxsə öz sığorta şirkəti tərəfindən ödənişin verilməsi nəzərdə tutulur.

Vüsal Qurbanov qeyd edib ki, dəyişikliklər sığorta xidmətlərini daha əlçatan edəcək. O deyib ki, ölkəmizdə sığorta növləri ilə bağlı xüsusi mobil tətbiq də hazırlanır. Mobil tətbiq yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək. Sığorta müqavilələrinin yenilənməsi ilə bağlı məlumatlar da mobil tətbiq vasitəsi ilə sürücülərə göndəriləcək.

Departament direktoru əlavə edib ki, mobil tətbiqdə vətəndaş sığorta hadisəsi baş verməsini və məsələnin həlli prosesini izləyə biləcək. Gələcəkdə sığorta hadisələrinin müstəqil ekspertlər tərəfindən qiymətləndirməsi nəzərdə tutulur.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …