Ana səhifə / Sosial / Avtomobillərin yük yerində ucuz satılan toyuqlarla bağlı xəbərdarlıq – VİDEO

Avtomobillərin yük yerində ucuz satılan toyuqlarla bağlı xəbərdarlıq – VİDEO

Bakıda fəaliyyət göstərən bazarların girişində, eləcə də ayrı-ayrı ərazilərdə avtomobillərin yük yerində 3 ədədi və ya 3 kiloqramı 11 manata təmizlənmiş toyuqlar satılır. Marketlərdə toyuq ətinin 1 kiloqramı isə 5 manatadan baha satılır. Ucuz qiymətə satışa çıxarıla toyuqların mənşəyi məlumdurmu?

Normal daşınma və satış şəraitinə əməl olunmasa da, bu toyuqların alıcıları kifayət qədərdir.

Həmin toyuqların satışı ilə məşqul olan şəxs hesab edir ki, toyuqların ucuz olmasının səbəbi keyfiyyətlə bağlı deyil.

Satıcıların təriflə satdığı, alıcıların bəh-bəhlə aldığı bu məhsul ilə əlaqədar Qida Təhlükəsizlik Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyeva bildirib ki, istehlakçılar məhsulun saxlanma şəraitinə mütləq diqqət etməlidirlər.

Onun sözlərinə görə, əgər vətəndaşların bu məhsullarla bağlı hər hansı şübhələri olarsa bu barədə AQTA-nın 1003 çağırı mərkəzinə müraciət edə bilərlər.

Həmçinin oxuyun

“Bunun adı mədəniyyətsizlik, tərbiyəsizlikdir“ – Azad İsazadə

“Onlar yalan danışmaqla kiməsə ziyan vuracaqlarını düşünmürlər”. Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Azad İsazadə deyib. Qeyd …