Ana səhifə / Sosial / Avtomobillərin utilizasiya məbləği təsdiqləndi

Avtomobillərin utilizasiya məbləği təsdiqləndi

Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib.
Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği” 2024-cü il fevralın 1-dən, “Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi” 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.
Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün utilizasiya haqları isə 2024-cü il fevralın 1-dən 2 (iki) il müddətinə 50 (əlli) faiz həcmdə tətbiq ediləcək.

Həmçinin oxuyun

Bakının daha bir ərazisində binaların söküntüsünə başlanılır – VİDEO

Xətai rayonu, NZS qəsəbəsindəki qəzalı binalar söküləcək. Artıq bununla bağlı işlərə start verilib. Xezerxeber.az-ın məlumatına …