Ana səhifə / Sosial / Avtomobilinin təkərini dəyişən sürücüyə cərimə yazılıb – VİDEO

Avtomobilinin təkərini dəyişən sürücüyə cərimə yazılıb – VİDEO

Bakıda avtomobilinin təkərini dəyişən sürücüyə dayanma-durma qaydasını pozduğu üçün cərimə yazılıb.

Sosial şəbəkə hesabında ona tərtib edilən protokolun fotosunu paylaşan sürücü iddia edir ki, avtomobilinin qabaq təkərində nasazlıq yarandığından nəqliyyat vasitəsini Xətai rayonu, Xocalı prospektində yolun sağ tərəfində saxlayıb.

Sürücü qəza dayanma işıq siqnalını qoşaraq təkəri dəyişib. Lakin bu zaman Bakı Nəqliyyat Agentliyini tərəfindən ona 20 manat məbləğində elektron cərimə tərtib edilib.

Fotoya baxan yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, həmin protokola xitam verilməlidir.

Ekspert bildirib ki, “Yol hərəkəti haqqında” qanunun 55-ci maddəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda sürücü qəza işıq siqnalını yandırmalı və ya müvafiq nişanı quraşdırmalıdır. Bunlardan birinin tətbiq edilməsi cərimənin yazılmaması üçün kifayət edir.

Bakı Nəqliyyat Agentliyindən ”Xəzər Xəbər”ə bildirilib ki, məsələ sabah araşdırılacaq. Əgər sürücünün bütün tələblərə əməl etdiyi müəyyən edilsə ona tərtib edilən protokola xitam veriləcək.

https://youtube.com/watch?v=-3pp9AeRhFQ

Həmçinin oxuyun

“Bunun adı mədəniyyətsizlik, tərbiyəsizlikdir“ – Azad İsazadə

“Onlar yalan danışmaqla kiməsə ziyan vuracaqlarını düşünmürlər”. Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Azad İsazadə deyib. Qeyd …