Ana səhifə / Sosial / Avtomobili sudan necə mühafizə etmək olar? – VİDEO

Avtomobili sudan necə mühafizə etmək olar? – VİDEO

Son günlər ölkə ərazisində hava şəraiti yağışlı keçdiyindən avtomobil ustalarına içinə və yaxud mühərrikinə su dolduğundan nasazlıq yaranan çoxlu sayda avtomobil gətirilib.

Mütəxəssislərin belə halla qarşılaşan sürücülərə tövsiyələri var.

Yağışlı havalarda dərin gölməçələrdən keçərkən və yaxud su basma nəticəsində mühərriki və ya salonuna su dolan avtomobillərdə nasazlıqlar yaranır, sürücülər böyük xərcə düşürlər.

Mütəxəssislər isə bildirir ki, bu halla qarşılan sürücülər bəzi nüanslara fikir verərsələr daha az xərclə xilas ola bilərlər. Məsələn, avtomobil suyun içindədirsə onu işə salmaq olmaz, əksə halda ziyan bir neçə dəfə arta bilər.

Sudan çıxarılan maşını sonrakı günlərdə də işə salmaq məsləhət deyil. Bu zaman avtomobilin tam qurumasını gözləmək mütləqdir.

Bu şəkildə sürücü avtomobil elektronik hissələrini mühafizə etmiş olur. Bundan başqa sürücülər gölməçələrdən keçərkən də diqqətli olmalıdır.

Ustaların bildirir ki, yağışlı günlər qabaqda olduqundan sürücülər məsləhətlərə qulaq assalar qışı böyük ziyan görmədən keçirə bilərlər.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …