Bazar ertəsi , May 27 2024
Ana səhifə / Sosial / Avtobuslarda kondisioner nə vaxt işləyəcək? – Açıqlama

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? – Açıqlama

Havaların getdikcə isinməsi ictimai nəqliyyatda kondisionerə təlabatı artırıb. İsti hava və avtobuslardakı sıxlıq bu il soyuducudan istifadənin daha erkən olacağına güman verir. Maraqlıdır, bəs Bakıda avtobuslarda kondisionerlər nə vaxt istifadəyə veriləcək?

“Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev AzVision.az -a bildirib ki, hava şəraitinə uyğun olaraq hər il yay mövsümünün başlaması ilə avtobuslarda kondisioner sistemləri mərkəzləşdirilmiş qaydada qoşulur:

“Bu il də avtobuslarımızda havasərinlətmə sistemləri yoxlanılıb və tam işlək vəziyyətdədir. Hava şəraitindən asılı olaraq yaxın günlərdə kondisionerlərin qoşulması nəzərdə tutulur”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə deyib ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür:

“Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır”.

Qurum rəsmisinin sözlərin görə, prosedura uyğun olaraq hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir:

“Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Həmçinin onlara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq , sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib”.

Həmçinin oxuyun

MTK-ların yığdığı “komendant pulu” hara xərclənir? — VİDEO

Coxmərtəbəli binalarda sakinlərdən yığılan “komendant pulu”, yaxud “jek pulu”nun məbləği ilə xidmətin keyfiyyəti arasında tərs …