Şənbə , Noyabr 28 2020
Ana səhifə / Sosial / Avtobus sürücüsü sükan arxasında siqaret çəkir, telefonla danışır -Bakı-Gəncə avtobusu – VİDEO

Avtobus sürücüsü sükan arxasında siqaret çəkir, telefonla danışır -Bakı-Gəncə avtobusu – VİDEO

Yanvarın 1-dən etibarən tütün məmulatlarından istifadəni məhdudlaşdıran qanun qüvvəyə minib. Bununla da bir sıra məkanlarda, həmçinin ictimai nəqliyyatda siqaret çəkmək qadağan edilib. Lakin qanunun tətbiq edilməyinə və sərnişinlərin etirazlarına baxmayaraq, avtobus sürücüləri hələ də sükan arxasında siqaret çəkirlər.

Xezerxeber.az-ın məlumatına görə, sərnişinlərdən birinin Bakı-Gəncə avtobusunda çəkdiyi görüntülər də problemin hələ də qaldığının əyani sübutudur.

Sərnişinlərdən biri avtobus sürücüsünün sükan arxasında siqaret çəkməsini və telefonla danışdığını lentə alaraq “Xəzər Xəbər”in votsap nömrəsinə göndərib. Görüntülər yanvarın 10-u, günorta saatlarında qeydə alınıb.

Xezerxeber.az həmin görüntüləri təqdim edir:

  • 14.01.201916:24

Həmçinin oxuyun

“İçərişəhər”dəki Qala divarında dağıntı olub – Fotolar

Bakının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim Qala divarının bir hissəsində dağıntı olub. Hazırda həmin …