Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Avropada iş saatları azaldılır: Azərbaycanda bunun tətbiqi fayda verərmi?

Avropada iş saatları azaldılır: Azərbaycanda bunun tətbiqi fayda verərmi?

Xəbər verdiyimiz kimi, Hollandiyanın ən nüfuzlu həmkarlar ittifaqından biri olan Xristian Həmkarlar İttifaqları Konfederasiyası (CNV) ölkədə həftəlik ümumi iş vaxtını 30 saata endirilməsini, eyni zamanda maaşların azaldılmamasını tələb edir. CNV Prezidenti Piet Fortuin danışıqlarda həftəlik iş vaxtının 30 saata endirilməsi üçün səy göstəriləcəyini bildirib. Həmkarlar ittifaqı hesab edir ki, iş vaxtının azaldılması əmək məhsuldarlığını artıracaq.

Qeyd edək ki, Hollandiyanın 100 illik tarixə malik və ən böyük həmkarlar ittifaqlarından biri olan CNV bundan əvvəl həftəlik iş vaxtını 40 saatdan 38-ə, növbəti kollektiv müqavilədə isə 36-ya endirilməsinə nail olub.

Yerli “De Telegraaf” qəzetinə danışan P.Fortuin, “işçilərin iş yükü çoxdur” deyib və nəticədə, onların stress vəziyyətinə düşdüyünü qeyd edib. Birliyin araşdırmasına görə, işçilərin 54 faizi iş yükünün ağır olduğundan əziyyət çəkir, 16 faizi isə “tükənmə sindromu” ilə üzləşir. Hollandiya Statistika İnstitutunun məlumatına görə, 2018-ci ildə 1,3 milyon işçi tükənmə problemi ilə üzləşib. Bu isə öz növbəsində iqtisadiyyata 2,8 milyard avroluq ziyan vurub. Xatırladaq ki, 30 saatlıq iş həftəsi rejimi ilk dəfə İsveçdə həyata keçirilib. Gothenburg şəhərindəki qocalar evində 6 saatlıq iş günü olmaqla 5 günlük iş həftəsi tətbiq edilib. Nəticədə işçilərin əmək məhsuldarlığı artıb.

Avropada iş saatları azaldılır ile ilgili görsel sonucu

Bir neçə il öncədən başlayaraq, Avropada 4 günlük iş həftəsi ilə bağlı müzakirələr yenidən intensivləşib.. Hətta 2014-cü ildə Beynəlxalq Əmək Təşkilatı 4 günlük iş həftəsi təklifi ilə çıxış etmişdi. Alimlərin hesablamalarına görə, iş müddətinin azaldılması təkcə işçiyə yox, rəhbərliyə də faydalıdır. Bu, həm də  işçilərə sağlamlıq problemlərindən qaçmağa imkan verir. Ürək-damar xəstəlikləri, mədə-bağırsaqdakı problemlər, baş ağrıları, əsəb pozğunluğu kimi problemlər çox çalışmanın fəsadlarıdır. İş vaxtlarının azaldılması insanlar arasında ünsiyyəti də artırır, onlara öz yaxınları ilə daha çox vaxt keçirməyə imkan verir. Bu isə stressi azaldır. 

2018-ci  ilin göstəricilərinə görə, ən az iş saatına malik ölkə Almaniyadır. Ölkədə həftəlik iş saatı 35,5 saat təşkil edir. Bu baxımdan Avstraliyada bu rəqəm ortalama 36.1 saat təşkil edir. Digər inkişaf etmiş ölkələrdən olan İngiltərə, Belçika, İtaliya, Fransa, İspaniyada uyğun olaraq bu standart 36.4, 36.8, 37.5, 38, 38.4 saat arasında dəyişir. Dünyanın ən inkişaf etmiş ölkəsi Kanadada bu rəqəm 38.7 saatdır. Avstriyada həftəlik iş saatı 38.7 saat, Cənubi Koreyada isə 44.6 saat təşkil edir. Qonşu ölkə Türkiyədə isə orta həftəlik iş saatı 48.9 saat olaraq göstərilir. Ölkəmizdə isə göstərici iş rejimi və iş standartlarına görə dəyişir. Dövlət müəssisələrində və bəzi şirkətlərdə həftəlik  iş vaxtı 40 saatdır. Ancaq özəl müəssisələrdə bəzən bu göstərici 72 saata qədər uzanır. 

İş saatlarının azaldılması və 4 günlük iş həftəsinə keçidlə bağlı məsələyə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, indiki halda Azərbaycanın əmək bazarına Avropadakı iş saatları kontekstindən baxmaq doğru deyil: “Faktiki olaraq , Azərbaycanda əmək məhsuldarlığının təmin edilməsi istiqamətində hələlik heç bir ciddi yol keçilməyib. Burada həm də əmək bazarında işçilərin hüquqlarının təmin edilməsi ilə bağlı da problemlər var. sadəcə dövlət Müəssisələrində Əmək Məcəlləsinin tələblərinə əmək edilir. Özəl sektorda isə qismən bu qaydalara riayət olunur. Ümumiyyətlə götürdükdə isə əmək bazarının təkmilləşdirilməsi və qanunların tətbiqi sferasının genişləndirilməsi və işçilərin hüquqlarının qorunması istiqamətində işlər görülməlidir. Qanunvericiliyin tətbiqi mümkün olduqda təbii ki, mərhələli şəkildə keyfiyyətli əməyə, əməyin məhsuldarlığının artırılmasına hədəflənən tədbirlər görülməlidir”. 

İqtisadçının sözlərinə görə, eyni zamanda bəzi ölkələrdə iş saatının azaldılması və sair kimi məsələlər əmək bazarının keyfiyyəti ilə yanaşı, eyni zamanda tələb-təklif arasında olan münasibəti əsasında formalaşır: “İndiki zamanda Azərbaycanda əməyə olan tələbatın nisbətən yüksək olması və məhsuldarlığın aşağı olması faktorlarını nəzərə alsaq, eyni zamanda fiziki əməyə zehni əməkdən daha çox tələbin olduğunu nəzərə alsaq, daha qısa iş həftəsinə keçid məqsədəuyğun deyil. Çünki istər dövlət, istərsə də, özəl sektorda texnologiyanın geniş tətbiq edilməməsi faktoru var. Bu da həm fiziki , həm də zehni əməyə tələbatı yüksəldən məqamlardan biridir. Bu kimi şərtlər fonunda Azərbaycanda həftəlik iş saatının azaldılması indiki konyunktura uyğun deyil. Bu da son nəticədə müəyyən qədər biznesin xərclərinin də artırılmasına gətirib çıxara bilər. Biznes əksər hallarda bu qaydalara əmək etmir, ancaq əməl edən bir seqment də var. Bənzər qərarların qəbul edilməsi bu seqmentin də qeyri-leqal əmək istismarına başlamasına və öz fəaliyyətində qeyri-leqal parametrlərin genişləndirməsinə gətirib çıxara bilər”. 

Həftəlik iş saatlarının azaldılması üçün zəmin hazırlanmasının təməl şərtlərinə gəlincə, R. Həsənov vurğuladı ki, bunun üçün birinci  əməyə olan tələbat , ikincisi texnologiyanın tətbiq edilməsi səviyyəsi, üçüncüsü isə əməyin məhsuldarlığı ilə bağlı amillər uyğun olmalıdır. Musavat.com

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …