Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Avropa Parlamentinin davam edən sessiyası haqqında qeydlər

Avropa Parlamentinin davam edən sessiyası haqqında qeydlər

Avropa Parlamenti 23-24 noyabr tarixində növbəti sessiyasını keçirir. Avropa Parlamentinin bu sessiyasında müzakirə olunan əsas məsələlərin bu il baş vermiş teror hadisələri və mühacir böhranı fonunda Avropa Birliyində təhlükəsizlik, üzv ölkələr arasında müdafiə sahəsində aktiv hərbi əməkdaşlıq, keçən il Vyanada əldə olunmuş İran və altılıq ölkələrinin arasında nüvə razılaşması şərtlərinin həyata keçirilməsi, NATO-nün Şərqi Avropada genişlənməsinin yaradacağı fəsadların fonunda Avropa Birliyinin özünün atacağı addımlar, AB dövlətlərində artıq keçirilmiş və gözlənilən seçkilərin müzakirəsi , informasiya müharibəsində Birliyin vahid mövqedən cıxış etməsi, Avropa Birliyi ölkələri ilə Rusiyanın münasibəti və əlbəttə, 15 iyul çevrilişə cəhddən sonrakı baş verən proseslərin fonunda Türkiyənin Birliyə üzvlük məsələləri nəzərdə tutulur.

Məlumat üçün qeyd edim ki AP-nın bu sessiyasında ümumilikdə 3 qətnamənin qəbulu nəzərdə tutulur.

Qətnamələrdə Avropa Birliyinin siyasi-iqtisadi genişlənməsi, vahid hərbi və informasiya müdafiəsi sahəsində perspektivlər və Birlik üçün gələcək risklər və onların idarə olunması siyasəti öz əksini tapıb. Sessiyanın ilk günü Avropa Parlamentinin Estoniyadan olan deputatı Urmas Paetin müəllifi olduğu qətnamə qəbul edilib , digərləri isə sesiyanin ikinci günü üçün müzakirələr üçün nəzərdə tutulub. Öncədən qeyd etməliyəm ki , qəbul olunmuş bugünkü (artıq dünənki) qətnamə tövsiyyə xarakterlidir.

İlk gün qəbul edilmiş qətnamədə Avropa Birliyi üzv ölkələrinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və vətəndaşlarına qarşı təhdid olaraq Rusiya və İŞİD təbliğatı göstərilmişdir. Qətnamədə bu təbliğatın hibrid müharibəsinin bir hissəsi olduğu qeyd edilmiş və bu təbliğat savaşının rus KİV-lərinin işğalının daha çox özünü Şərq tərəfdaşlığı ölkələrində bürüzə verdiyi öz əksini tapmış və Avropa Birliyi üçün əsas təhdid kimi “Sputnik” agentliyi, ingilis dilli “Russia today ” televiziyası, “Ruskiy Mir” fondu və Rusiya XİN-ə bağlı olan “ Russotrudnicestvo“ federal agentliyi göstərilmişdir.

Qətnamədə diqqəti çəkən ikinci əsas məqam AB-nin təhlükəsizliklə əlaqədar atacağı addımlarla bağlıdır. Belə ki, qətnamədə Avropa Birliyi müdafiə siyasətinin möhkəmlənməsi və NATO-nün Şərqi Avropada genişlənməsinin yarada biləcəyi fəsadların fonunda Avropa Birliyinin özünün atacağı addımlardan söz açılır . Qeyd edim ki bu mövzu xüsusi ilə Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra aktuallaşıb. Məlumat üçün yazım ki, Avropanın təhlükəsiziliyinin qarantı olan NATO-nun xərclərinin 75 % – i ABŞ tərəfindən qarşılanır. Donald Tramp seçki öncəsi ABŞ-ın NATO-ya ayırdığı xərcləri azaldacağı və Rusiya – ABŞ münasibətlərinə yenidən baxacağı haqqında verdiyi iliq mesajlarla yadda qalıb. Bu isə Avropa Birliyi rəsmilərində haqlı olaraq bu yaxınlaşmanın baş tutacağı təqdirdə bir cox birlik üzvlərinin təhlükəsizliyinin həssas duruma düşə biləcəyi narahatcılığı yaranıb. Bununlamda AB vahid müdafiə siyasətinin formalaşdırılması və möhkəmləndirilməsinə ehtiyac ortaya çıxıb.

Qeyd edim ki, qətnamə hec bir halda Avropa Birliyi ordusunun yaradılması və ya NATO-ya paralel strukturların formalaşdırılması üçün tövsiyə və ya cağırış rolunu oynamır.

Belə bir cağırış və ya tövsiyənin olması Avropa Birliyi Lissabon sazişinə ziddir və bu hal ancaq sazişə dəyişiklik və əlavələrin baş tutması halında ola bilərdi. Sadəcə qətnamdə Avropa Birliyinin üzv dövlətlərin hərbi qüvvələrinin birgə fəaliyyət göstərə biləcəyi vahid müdafiə siyasətini formalaşmasına təşviq edəcək addımların atılmasının zəruriliyi qeyd olunur. Qətnamənin müzakirələrində avroparlamentarilər Avropa Birliyinin vahid müdafiə siyasətinin, vahid strategiyasının həyata keçməsini maliyyələşdirəcək, ümümi məbləğı 26 milyard olan müdafiə fondunun yaradılmasının zəruriyini qeyd ediblər.

Həmçinin, parlamentarilər İŞİD-in birlik ərazisində ard-ardına törətdiyi teror hadisələrini nəzərə alaraq , AB-nin Yaxın Şərqdə İŞİD-ə qarşı aparılan antiteror koalisiyasınına əlavə dəstək olaraq İraqda hərbi təlim missiyası yerləşdirməyi müzakirə ediblər.

AP –nin Rusiyaya qarşı ikinci qətnamsı olan , Polşalı deputat Anna Fotıqanın müəllifi olduğu “Avropa Birliyi strateji kommunikasiyaları, birlik və üzv dövlətlərin üçüncü tərəfin təbliğatını qarşısının alınması haqqında qətnaməsi”ndə Rusiyanın AB ölkələrindəki müxalifət partiyalarına və təşkilatlara maliyyə dəstəyi göstərməsi, bu yolla da seçkilərə təsir imkanları haqqında fikirlər yer alıb.

Avropa Parlamentinin sonuncu , üçüncü qətnaməsı və müzakirələr Türkiyə ilə bağlıdır və bu sesiyada AB – Türkiyə ilə münasibətlər gözdən keçirilir. Noyabrın 24-də Türkiyənin Avropa İttifaqına üzvlüyə namizədliyi ilə bağlı danışıqların dayandırılıması haqda qətnamə layihəsi səsverməyə çıxarılacaq. Həmin sənəddə iddia olunur ki, bu il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra Türkiyədə siyasilərə , jurnalist və ədliyyə işçilərinə qarşı represiyalar artıb . Layihə müəllifləri Türkiyə ilə müzakirələri dayandırmağı təklif edirlər.

Qətnamə layihəsi ilə bağlı əsas müzakirələrin 24 noyabr tarixində aparılması planlaşdırılır.
Bu qətnamə əslində Türkiyəyə qarşı sanksiyaların qəbul olunmasına çalışan dairələrin sonrakı fəaliyyəti üçün təməl sənəd kimi nəzərdə tutulur.

Buna rəğmən, Avropa Birliyi rəsmiləri və birliyin nüfüzlu üzv dövlətlərinin rəhbərləri Türkiyə ilə münasibətdə AP-nin atacağı addımlarda maksimum diqqətli olmağa çağırış edirlər. Onlara görə, AB-yə üzvlük danışıqlarının dayandırılması nəticə olaraq Türkiyənin üzvlükdən ümumiyyətlə imtina etməsinə gətirə bilər. Bu isə AB-nin özü üçün , Yaxın Şərq regionu və ümümlilikdə dünya üçün fəsadlarla nəticələnər.

Yeganə Hacıyeva,

Gənc Demokratlar İnstitutunun sədri

Azinforum.az

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın