Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Avropa komissarı: “Biz idiot deyilik və Azərbaycan bunu başa düşməlidir”

Avropa komissarı: “Biz idiot deyilik və Azərbaycan bunu başa düşməlidir”

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı siyasətini tənqid etməkdə davam edir.

O, son çıxışında deyib ki, ötən ilin avqustundan bu proses genişlənərək iri miqyas alı: “Avropa Şurasının ikinci belə ölkəsi yoxdur ki, orada mənim bütün tərəfdaşlarım həbsdə olsun…”.

Jurnalistlərdən birinin “Avropa Şurası Azərbaycan hökumətinin fikrini nəzərə alırmı, yoxsa onun üçün fərqi yoxdur” sualının cavabında avropalı komissar deyib ki, bu fikirlə razı deyil və bununla bağlı rəsmi Bakı ilə mübahisə edəcək.

“Baxın, burada iki variant mümkündür: ya Avropa Şurasında idiotlar oturur və separatçılar, narkomanlar, intihar edənlər və inqilabçılarla əməkdaşlıq edir, ya da Azərbaycanın hüquq sisteminin vəziyyəti çox pisdir. Mən sizi əmin edə bilərəm ki, biz idiot deyilik”, – N.Mujnieks vurğulayıb.

“Onlar Xədicəni, Rəsulu, Hilalı və ədalətsiz olaraq həbsdə olan digər hüquq müdafiəçilərini və jurnalistləri azad etməlidirlər”, – deyə o bildirib.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın