Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Avropa Azərbaycanla da vizanı ləğv edə bilərmi?

Avropa Azərbaycanla da vizanı ləğv edə bilərmi?

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Gürcüstan və Ukrayna üçün viza rejimini ləğv edir. Aİ-nin bəyanatında Ukrayna və Gürcüstanın Avropa İttifaqı ilə vizasız rejimə keçmək üçün bütün lazımi tələbləri yerinə yetirdiyi bildirilib.

Bəs Azərbaycanın Avropa İttifaqı ilə viza rejimini ləğv etməsi məsələsi nə dərəcədə aktualdır?

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, millət vəkili Rasim Musabəyov aznews.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycan bu istiqamətdə danışıqlar aparır:

“Azərbaycan bu barədə müzakirələrə başlayıb. Hazırda danışıqlar gedir. Amma bu danışıqlar necə nəticələnəcək, onu demək çətindir”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə isə açıqlamasında hazırda bu məsələnin Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında müzakirə obyekti olmadığını bildirib:

“Lakin Azərbaycanla Avropa İttifaqı arasında vizaların sadələşdirilməsi ilə bağlı saziş qüvvədədir. Bu saziş 2014-cü ilin sentyabrın 1-dən qüvvəyə minib. Bu saziş əsasında qarşılıqlı şəkildə Azərbaycan Respublikası tərəfindən Şengen zonasına daxil olan ölkələrin vətəndaşları üçün vizaların sadələşdirilməsi və qarşılıqlı olaraq da Avropa İttifaqının Şengen zonası tərəfindən Azərbaycan vətəndaşlarının vizasının sadələşdirilməsi nəzərdə tutulub. Bura bir qrup insan daxildir. O cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri, iş adamları, idmançılar, qeyri-hökumət təşkilatlarının üzvləri daxildir. Bu da qarşılıqlı şəkildə insanlarla təmaslara xidmət göstərir. Bu, vizaların verilməsinin müddətinə, vizaların əldə edilməsi rüsumuna da təsir edir. Onu da bildirək ki, vizaların rüsumu da azaldılıb”.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın