Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Atlas” klinikasının külli miqdarda vergi borcu var

“Atlas” klinikasının külli miqdarda vergi borcu var

“Atlas Medical Center” Məhdud Məsuliyyətli Cəmiyyətində yoxlama aparılıb. 

Qaynarinfo-nun məlumatına görə, yoxlama Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilib və özəl klinikanın fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb. 

Bununla bağlı “Atlas Medical Center” MMC rəhbərliyi barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb.

215.4-cü maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

İş Nərimanov Rayon Məhkəməsinin hakimiGültəkin Əsədovanın icraatındadır. 


Qeyd edək ki, “Atlas Tibb Mərkəzi” kimi tanınan “Atlas Medical Center”in qanuni təmsilçisi Əliyev Fərhad Ənvər oğludur. Fərhad Əliyev məşhur iş adamı, “Şərq” bazarının rəhbəri, “Qorqud Holdinq”in prezidenti Heydər Əliyevin qardaşı oğludur.

Klinikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 171 min 464 manat qəpik vergi borcu var.  

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …