Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Sosial / Atatürkün Türkiyəsi cəhalətə doğru sürüklənir…

Atatürkün Türkiyəsi cəhalətə doğru sürüklənir…

İsveçrədə işsiz-gücsüz vaxtlarımdır. Bir türkün restoranında qab-qaşıq yuyası oldum. 4 qardaş bir yerdə işləyirdilər. Hamısı da dindar. Gördüm ki, bunlar öz aralarında Atatürk haqqında təhqiramiz ifadələr işlədirlər. Qulaqlarıma inanmadım. Sonra gördüm ki, yox, bunlar Atatürkə nifrət edirlər. Düşündüm ki, bunlar Türkiyədə yaşayan etnik qrupların nümayədəsi olar. Mənim üçün türk olub da Atatürkü söymək valideynin üzünə ağ olmaq kimi bir şeydir…
And-aman elədilər ki, türkük. Ancaq Atatürkü sevmərik. Ərdoğana isə sevgimiz sonsuz. Nədəni də oymuş ki, Atatürk Türkiyəni islamdan uzaqlaşdırıb, nəticədə Türkiyə Osmanlı zamanı olan əzəmətini itirib. Ərdoğan isə Türkiyəni yenidən Osmanlı dönəminə qaytaracaq…
Axırda bunlarla qırğına çıxdım. Dava-dalaşla ayrıldıq. Bax həmin dindarlar və onlarla eyni məfkurədə olanlar indi Türkiyəni xaraba qoyur…
10 il bundan qabağın söhbətidir. Atatürkün Türkiyəsi gözümüzün qabağında cəhalətə doğru sürüklənir. Biz də mat-mat baxırıq…

Elbəyi Həsənli

Həmçinin oxuyun

Bələdiyyələr “ölü basdırmaqdan” qazanacaqlar

Torpaq satmaqdan başqa funksiyası olmayan bələdiyyə sektorunun bu işi şəffaf şəkildə həyata keçirəcəyinə inam azdır, …

Bir cavab yazın