Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Atatürkçülərin həbsinə görə vicdanım sızıldayır”

“Atatürkçülərin həbsinə görə vicdanım sızıldayır”

Hamımız xalqdan üzr istəməliyik.

Axar.az xəbər verir ki, bunu “Habertürk” qəzetinə müsahibəsində Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general Necdət Özəl söyləyib. Onun sözlərinə görə, Türkiyədə son baş verənlərdə hər kəsin günahı var:

“Mən həmişə vicdan və hüququ üstün tutmuşam. Vəzifəmi də bu ölçülərlə həyata keçirməyə çalışmışam. Hərbi və mülki vəzifələrdə oturan şəxslər kimi, hamımız 15 iyuldan sonra millətdən üzr istəməliyik. Cənab prezident və mən üzr istədim, amma bunlar kifayət etmir. Qoy millət hamımızı əfv etsin. Dürüstlük mənim üçün çox önəmlidir. Mən həmişə dürüst olmuşam. 15 iyuldan sonra ürəyim yanır. Bundan sonrakı həyatım boyunca bu yanğı davam edəcək. Ərgənəkon və Balyozda qurban olan dostlarım üçün üzüntüm çox böyükdür. Bunlar həmişə vicdanımı sızıldadır”.

Qeyd edək ki, Necdət Özəl 2011-2015-ci illərdə Baş Qərargah rəisi olub. Məhz onun dövründə Balyoz davası başladılıb, eləcə də Ərgənəkon davasında həbslər kulminasiya nöqtəsinə çatıb. Nəticədə Baş Qərargahın keçmiş rəisi İlkər Başbuğ başda olmaqla yüzlərlə zabit həbs edilib.

Bu dövrlərdə zabitlərin müdafiəsi üçün heç bir çıxış etməməsi Özələ qarşı böyük tənqidlərə səbəb olub. Balyoz və Ərgənəkon davalarında həbs edilən zabitlər 2014-cü ildən etibarən həbsdən azad ediliblər.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın