Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifələrinin icrasına başlayıb

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifələrinin icrasına başlayıb

ABŞ ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə Endrü Şoferi təyin edib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.

Məlumatda qeyd olunur ki, ABŞ Minsk qrupunun işinə sadiq qalır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərə kömək göstərməyə davam edir, münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həll yolunu dəstəkləyir və Endrü Şofer tərəflərə bu məqsədlərə çatmağa kömək edəcək.

Məlumatda o da qeyd olunur ki, Azərbaycan və Ermənistan hökumətləri səlahiyyətlərinin icrasına başlayan Endrü Şoferin təyinatı haqqında məlumatlandırılıb.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın