Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / `ATƏT-in Bakıda ofis açmasına ehtiyac yoxdur` – Bahar Muradova

`ATƏT-in Bakıda ofis açmasına ehtiyac yoxdur` – Bahar Muradova

“ATƏT-in Azərbaycanda ofisini yenidən açmasına ehtiyac duymuruq”.
Bu fikirləri azvision.az-a Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
Vitse-spiker bildirib ki, bu barədə Azərbaycanın mövqeyi açıq və qətidir: “Mövqeyimizi bir neçə il öncə ATƏT rəsmilərinə çatdırmışıq və ikitərəfli danışıqlar nəticəsində Daimi Şuranın qərarı qəbul olunub. Bu məsələnin yenidən gündəmə gətirilməsi rəsmi şəkildə qəbul olunmuş qərarın təftiş etmək xarakteri daşıyır. Biz də təftişçiliyi heç vaxt qəbul etməmişik”.
B.Muradova qeyd edib ki, ATƏT PA-nın qəbul etdiyi qərarlar tövsiyyə xarakteri daşıyır: “Onlar həm ölkələrə, həm də ATƏT-in Daimi Şurasına müraciət edə bilərlər. Düşünmürəm ki, Daimi Şura bu məsələyə geri qayıtsın. Əgər bu baş versə, ölkələrin mövqeyi əsas götürüləcək. Biz verdiyimiz qərarı geriyə oxumayacağıq”.
Qeyd edək ki, ATƏT Parlament Assambleyasının prezidenti Ilkka Kanerva ATƏT-i Azərbaycanda ofisini yenidən açmağa çağırıb.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın