Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “ATƏT-də Azərbaycanın mövqeyi güclənməkdədir” – Əhməd Şahidov İranın “Səhər” kanalına müsahibə verib

“ATƏT-də Azərbaycanın mövqeyi güclənməkdədir” – Əhməd Şahidov İranın “Səhər” kanalına müsahibə verib

ADİHİ rəhbəri Vyanada “Azad Arena” proqramına müsahibəsində ATƏT-Azərbaycan münasibətləri barədə danışıb

Avstriyada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov İran İslam Respublikasının “Səhər” telekanalına müsahibə verib. Noyabrın 5-də efirə gedən “Azad Arena” proqramının efirinə Vyanadan canlı qoşulan hüquq müdafiəçisi 27-28 Oktyabr tarixlərində ATƏT-də keçirilən toplantı barədə məlumat verib. “Münaqişə zonalarında jurnalistlərin təhlükəsizliyi və informasiya əldə etmək imkanları” mövzusuna həsr olunmuş müzakirələrdə çıxış edən Əhməd Şahidov Dağlıq Qarabağ münaqişəsi barədə məruzə edib.

Daha sonra ATƏT-Azərbaycan münasibətləri barədə məlumat verən ADİHİ rəhbəri Azərbaycan cəmiyyətinin ATƏT və bu kimi digər beynəlxalq qurumlara etimadının azalmasının səbəblərindən söz açıb və ATƏT-də Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində görülən işlərdən danışıb. ATƏT-də Azərbaycanın mövqeyinin güclənidiyini diqqətə çatdıran hüquq müdafiəçisi Avropa institutlarının mövcud münaqişələrə ikili standartlardan yanaşdığını da xüsusi vurğulayıb.

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …

Bir cavab yazın