Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / ATƏT-in Parlament Assambleyası Azərbaycana qarşı qətnamədən imtina etdi

ATƏT-in Parlament Assambleyası Azərbaycana qarşı qətnamədən imtina etdi

Xəbər verdiyimiz kimi, dünən ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsi isveçli deputatın Azərbaycanda, Rusiyada və Belarusda insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən qətnamə layihəsini dəstəkləmişdi.

ATƏT-in Parlament Assambleyasının sessiyası Minskdə keçirilir.

Şərqi Avropada vəziyyət haqqında qətnamə layihəsində “Rusiyada, Belarusda və Azərbaycanda demokratik inkişafın pisləşməsindən, insan hüquqlarının davam edən və çoxalan pozuntularından, həmçinin siyasi müxalifətin, vətəndaş cəmiyyətinin, jurnalistlərin və digər azadlıq müdafiəçilərinin ağır vəziyyətindən qayğı” bildirilir.

Qətnaməni təqdim edərkən onun müəllifi – isveçli deputat Kristian Holm-Barenfeld qeyd edib ki, sənəddə Azərbaycanda, Belarusda və Rusiyada demokratik vəziyyətin pisləşməsi ilə bağlı qayğı əksini tapıb.

Ancaq, bu gün bu qətnamənin layihəsi ATƏT-in Parlament Assambleyasının plenar iclasında müzakirəyə çıxarılıb. Bu dəqiqələrə ümumi komitənin iclasında daha əvvəl qəbul edilmiş qətnamə layihəsi üzrə müzakirə və səsvermə başa çatıb.

Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Nəbizadə virtualaz.org-a bildirib ki, Azərbaycandakı pozuntular haqda bənd ilkin layihədən çıxarılıb. Beləliklə, ATƏT-in PA-nın deputatları qətnamənin antiazərbaycan hissəsinə səs verməkdən imtina ediblər.

Virtualaz.org

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın