Şənbə , Dekabr 5 2020
Ana səhifə / Sosial / Astanada İslam Əməkdaşlıq Təşkilatının sammiti başladı

Astanada İslam Əməkdaşlıq Təşkilatının sammiti başladı

Astanada ilk dəfə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə sammiti başlayıb.

Virtualaz.org “Kazinforn”a istinadən bildirir ki, sammitə Qazaxıstan prezidenti Nursultan Nazarbayev sədrlik edir. Tədbir 2 gün davam edəcək.

Sammitdə 80-ə qədər dövlət və təşkilatın nümayəndələri, müşahidəçi ölkələr, o cümlədən beynəlxalq və regional təşkilatların təmsilçiləri qatılıblar.  Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak edir.

Sammitin məqsədi İƏT dövlətləri arasında elm və texnologiya, innovasiyalar və modernləşdirmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsidir. Tədbir çərçivəsində “XXI əsrdə artan elmin cəmiyyətə təsiri” “Davamlı inkişafda elm və texnologiyaların rolu”, “Müasir iqtisadiyyatda rəqabət və innovasiyalar” və “Elm və texnologiyalar sahəsində əməkdaşlığın inkişafı” mövzularında sessiyalar keçiriləcək. Sammitdə Astana Bəyannaməsinin qəbul olunacağı gözlənilir.

Bundan başqa, sammit çərçivəsində İƏT-in elm və texnologiya üzrə mükafatları da təqdim olunacaq.

Həmçinin oxuyun

Bakıda ad günü keçirən qızlar və restoran sahibi cərimələndi

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə …

Bir cavab yazın