Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Manşet / “ASAN xidmət”ə qalxmaq niyə bu qədər çətindir? – VİDEO

“ASAN xidmət”ə qalxmaq niyə bu qədər çətindir? – VİDEO

Ən müasir avadanlıqları, keyfiyyətli iş bacarığına malik savadlı kadrları ilə xidmət göstərən “ASAN xidmət” mərkəzlərində, görəsən, hər şey qaydasındadır? Redaksiyamıza bu yöndə daxil olan bir şikayəti araşdırmaq üçün  Azinforum.az İnformasiya Portalının əməkdaşları bu gün paytaxtın Xətai rayonundakı  2 saylı “ASAN xidmət” mərkəzində olublar. Məlum olub ki,  redaksiyamıza edilən şikayətlər əsaslıdır və “ASAN xidmət”ə liftlə qalxmağın mümkünsüzlüyü ilə bağlı deyilənlər həqiqəti əks etdirir.

“ASAN (Azerbaijan Service and Assesment Network – Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi) xidmət” – Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlərlərdən ibarət qurumdur. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 2012–ci il 13 iyulda imzaladığı 685 saylı fərmana əsasən “ASAN xidmət” mərkəzlərinin də strukturuna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı. Həmin ilin 5 sentyabrında prezidentin digər fərmanı ilə Agentliyin strukturu və əsasnaməsi təsdiq olundu. Prezidentin imzaladığı sərəncam ilə agentliyin sədri İnam Kərimov təyin olundu. İlk “ASAN xidmət” mərkəzi 2013–cü ildə fəaliyyətə başlayıb. Hal–hazırda 11 mərkəz fəaliyyət göstərir. Onlardan 5–i  Bakıda, 6–sı isə Azərbaycanın bölgələrindədir. “ASAN xidmət”ə indiyə qədər milyonlarla müraciət edilib. Xidmətlərin göstərilməsində ştatlı işçilərlə yanaşı könüllülərin əməyindən də istifadə olunur. “ASAN xidmət” mərkəzlərində on dövlət orqanının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. Həmçinin mərkəzlərdə sosial layihələr də keçirilir.

Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında, “AMAY” ticarət mərkəzinin 2–ci mərtəbəsində yerləşən Bakı şəhər 2 saylı Asan Xidmət Mərkəzi 2013–cü il mayın 24–də açılıb. Bu, republikada açılan ikinci “ASAN xidmət” mərkəzidir. Bu mərkəz 2013–cü il iyunun 5–dən vətəndaşlara xidmət göstərməyə başlayıb. Biz “AMAY” ticarət mərkəzinə getdik və ikinci mərtəbəyə – “Asan xidmət”ə qalxmaq istədik. Məlum oldu ki, sən demə, lift 3 aya yaxındır işləmir. Cavanları qoyuruq bir kənara,  bu xidmət mərkəzinə müraciət etmək üçün uşaqlı qadınlar və qocalarında gəldiyini nəzərə alsaq, ortaya bir sual çıxır: onlar pilləkənləri necə qalxsınlar? Ümumiyyətlə, ölkə səviyyəsində xidmət göstərən qurumun liftinin işləməməsi nə deməkdir? Liftin nə vaxt təmir olunacağı barədə heç bir məlumat əldə edə bilmədik. Yəqin ki, hələ uzun müddət belə davam edəcək.  Ümidvarıq ki,  həlli o qədər də çətin olmayan, lakin vətəndaşlarımız üçün böyük əhəmiyyət kəsb edən bu problem tezliklə öz həllini tapmış olacaq.

 

 

Niftulla QÜDRƏTOĞLU,

Azinforum.az

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …