Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Sosial / Asan İmzanın qiyməti niyə bahalaşır? – Video

Asan İmzanın qiyməti niyə bahalaşır? – Video

“Asan İmza”nın qiyməti 23 manatdan 26 manata yüksəlib.

Ümumiyyətlə son vaxtlar bu növ imza alanların sayı azalıb.

Dövlət Vergi Xidmətindən bildirdilər ki, “Asan İmza” informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi və göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən hüquqi və fiziki şəxslərə sertifikat xidmətinin göstərilməsi ilə bağlı olaraq tətbiq olunur. 

Ümumi nəzarəti Dövlət Vergi Xidməti həyata keçirsə də, xidmətin təminatçısı “BEST Solutions” şirkətidir. Qiymət artımı ilə bağlı şirkətə ünvanlanan müraciətlər isə cavabsız qalıb.

“Asan İmza”nın rəsmi dillerindən birinin satıcısı deyir ki, son vaxtlar bu imza üçün müraciət edənlərin sayı azalıb.

Ekspertlər düşünürlər ki, Asan İmza-nın rüsumu artmaqda davam edərsə, bu, ölkədə elektron xidmətlərə marağın azalmasına gətirib çıxara bilər.

Həmçinin oxuyun

Azərbaycanda hər 100 ailəyə neçə avtomobil?

Bakı Araşdırmalar İnstitutu Azərbaycanın ailə təsərrüfatları üzrə göstəricilər yayıb. Novator.az bildirir ki, rəsmi statistikaya əsaslanan …