Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Sosial / Arzu Nağıyev: “İlham Əliyevin səfəri bəzi qüvvələrə ciddi mesajdır” 

Arzu Nağıyev: “İlham Əliyevin səfəri bəzi qüvvələrə ciddi mesajdır” 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin belə bir məqamında Ankaraya səfər etməsi təqdirəlayiq addımdır. Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev bildirib.

A.Nağıyev deyib ki, bu addım Türkiyənin belə bir ağır vaxtında Azərbaycanın qardaş ölkə ilə birgə olduğunu nümayiş etdirməklə bərabər, həm də mühüm bir jestdir: “Prezident İlham Əliyev bu addımı atmaqla Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Türkiyə ilə Azərbaycanı tarixi bağlar, dərin köklər birləşdirir. Tarixən də Türkiyə ilə Azərbaycan həm ağır gündə, həm də xoş gündə bir-birilərinin yanında olublar”. Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin bu səfəri, eyni zamanda dünyaya, xüsusən də Azərbaycan-Türkiyə yaxınlığından narahat olan qüvvələrə bir mesajdır: “İkinci dəfədir ki, Türkiyə Prezidentinin Azərbaycana səfəri öncəsi terror aktı törədilir. Buna baxmayaraq, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası baş tutdu və iki ölkə arasında çox mühüm sənədlər imzalandı”. A.Nağıyev vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətlərini sarsıtmaq mümkün deyil: “Azərbaycanla Türkiyə həmişə bir-birinin yanında olub və bundan sonra da belə olacaq. Əməkdaşlıq Şurasının 5-ci toplantısı və toplantıda imzalanan sənədlər Azərbaycanla Türkiyə arasında münasibətləri və əməkdaşlığı daha da möhkəmləndirəcək”.

Həmçinin oxuyun

DSMF sədri: “6500-dən artıq saxta əlillik işi ləğv edilib”

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün istiqamətlərdə sağlamlaşdırma işləri həyata keçirilir. Əsassız pensiyaların ləğv olunması, …

Bir cavab yazın