Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Arzu Nağıyev: “Əsas səbəb Cənubi Qafqazda öz tərəfdaşını qazanmaqla nüfuzunu saxlaya bilmək niyyətidir”

Arzu Nağıyev: “Əsas səbəb Cənubi Qafqazda öz tərəfdaşını qazanmaqla nüfuzunu saxlaya bilmək niyyətidir”

“İkinci məqam Avropanın enerji təhlükəsizliyini təmin etmək kimi vacib məsələdə Azərbaycanın müstəsna roludur”
Son vaxtlar ABŞ-dan Qafqaz və xüsusilə də Azərbaycanda təhlükəsizliyin təmin olunmasına dair fərqli bəyanatlar səsləndirilir. Hiss edilir ki, bu məsələ ABŞ-ın xarici siyasətində prioritetə çevrilib.
Xüsusilə də həm indiki, həm də sabiq dövlət rəsmilərinin dilindən belə bəyanatların səsləndirilməsinin tez-tez şahidi oluruq. ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta da müsahibəsində bu məqama toxunub:

“Bu mənim ölkəyə gələndən Azərbaycan hökuməti ilə apardığım danışıqların mövzularından biridir. Eyni zamanda bu, Vaşinqtonda ən yüksək səviyyədə müzakirələr mövzusu olub. Bəli, biz Azərbaycanın bu istiqamətdə atdığı addımları təqdir edirik və düşünürük ki bu addimlar davam olunmalıdır. Onu da bildirmək istəyirəm ki, ABŞ da daxil olmaqla, demokratiya bir prosesdir. Bu proses bəzən hansısa bir ölkənin və ya tərəfin nə etdiyini nəzərdən keçirməsi və həyata keçirdiyi fəaliyyəti necə və daha yaxşı fərqli şəkildə etməsi barədə düşünməsindən ibarətdir. Biz Azərbaycanla bu sahədə işimizi davam etdirəcəyik və bu məsələ Azərbaycanın sabitliyi baxımından vacibdir. Bildiyiniz kimi, Azərbaycan mürəkkəb bir yerdə, mövqedə yerləşir. Bunu nəzərə alaraq, biz həm Azərbaycan hökuməti və azərbaycanlılarla işləyərək Azərbaycanın güclü, çiçəklənən, sabit ölkə olması və bu mürəkkəb bölgədə azərbaycanlıların görmək istədiyi bir ölkə, bir dövlətin qurulması üçün zəruri addımların atılmasında öz köməyimizi göstərəcəyik”.
Son vaxtlar ABŞ-ın region və xüsusilə də Azərbaycanda təhlükəsizliyə bu qədər önəm verməsi nə ilə bağlıdır?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, bunun bir neçə səbəbi var: “Əsas səbəb Cənubi Qafqazda öz tərəfdaşını qazanmaqla nüfuzunu saxlaya bilmək niyyətidir. Məlumdur ki, Ermənistan regionda Rusiyanın vassalıdır və belə bir dövlətlə ABŞ hər hansı tərəfdaşlığa getməz. Gürcüstana gəldikdə isə Rusiya artıq Cənubi Osetiya və Abxaziyaya təcavüz nəticəsində ərazini nəzarətdə saxlayır və istənilən vaxt bu prosesi genişləndirə bilər. Qalır Azərbaycan. Biz Əfqanıstanla bağlı sülhməramlı əməliyyatlar və digər məsələlərdə ABŞ-la həmfikirik. İkinci məqam Avropanın enerji təhlükəsizliyini təmin etmək kimi vacib məsələdə Azərbaycanın müstəsna roludur.
Ücüncü məsələ digər iqtisadi meqalayihələrin, o cümlədən TAP, TANAP, Şimal-Cənub nəqliyyat dəhlizi və Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ceyhanın təhlükəsizliyidir. Bütün bunlar isə regionun təhlükəsizliyinə təhdidlərin aradan qaldırılmasını zəruri edir və ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli də vacib amildir. Bu isə ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Təbii ki, ABŞ-da keçiriləcək seçkilər də bu münasibəti zəruri edir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın