Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Artur Rasizadə sədr seçildi

Artur Rasizadə sədr seçildi

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
ANS PRESS-in ARDNF-ə istinadla verdiyi məlumata görə, baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2014-cü il büdcəsinin icrası məsələlərinə baxılıb.
Müşahidə Şurası Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2014-cü ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatına baxaraq onları məqbul hesab etmiş və Neft Fondunun 2014-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.
Baş nazir A.Rasi-zadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.

 

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın