Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Artur Rasizadə Milli Məclisdə hesabat verir

Artur Rasizadə Milli Məclisdə hesabat verir

Xəbər verdiyimiz kimi, Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb. Sədr Oqtay Əsədov çıxışı zamanı hökumətin hesabatının kitab şəklində çap olunaraq deputatlara paylanıldığını deyib.

Sədr bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətin sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər Nazirlər Kabinetinin parlamentə təqdim etdiyi hesabatda ətraflı təhlil edilib.

Sonra Azərbaycanın baş naziri Artur Rasi-zadə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim etməyə başlayıb.

*   *   *10:22

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Azvision.az xəbər verir ki, parlamentin iclasının gündəliyinə 3 məsələ daxildir.

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı barədə

2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.(Üçüncü oxunuş)

3. “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.(İkinci oxunuş)

Virtualaz.org xatırladır ki, əvvəlcədən yayılan məlumata görə, hesabatı baş nazir Artur Rasizadə təqdim edəcək

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın