Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Artur Rasi-zadə Bakı Mühəndislik Universitetiylə bağlı – Qərar imzaladı
?????????????????????????????????????????????????????????

Artur Rasi-zadə Bakı Mühəndislik Universitetiylə bağlı – Qərar imzaladı

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

Qafqazinfo” xəbər verir ki, Baş nazir Artur Rasi-zadənin qərarına əsasən, siyahının “Ali təhsil müəssisələri” bölməsinə aşağıdakı məzmunda 21-1-ci hissə əlavə edilib:

“21-1. Bakı Mühəndislik Universiteti”.

Bu, “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə edilib.

Bununla da Bakı Mühəndislik Universiteti Təhsil Nazirliyinin strukturu hesab edilməyəcək.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın