Ana səhifə / Sosial / Arif Məmmədov rəsmən müxalifətə keçdi: “Əli Kərimliyə inanın”

Arif Məmmədov rəsmən müxalifətə keçdi: “Əli Kərimliyə inanın”

Son günlər qalmaqallı çıxışları ilə gündəmə gələn qiyamçı səfir Arif Məmmədov öz facebook profilində şok bir müraciət yayıb.

Virtualaz.org saytı xəbər verir ki, A.Məmmədov müraciətində müxalifət liderlərinə münasibətini açıq-aşkar ortaya qoyaraq xalqı onlara inanmağa çağırıb, bununla da rəsmən müxalifətə keçdiyini təsdiqləyib.

Mətbuatda özü barədə “müxtəlif məlumatların yayılması ilə əlaqədar bir çox adamların ona müraciət edərək həqiqəti öyrənmək istədiyini” bildirən A.Məmmədov bəyan edib ki, o, hamını müxalifəti dəstəkləməyə çağırır.

Hamını ““Azadlıq” qəzetinə, “Azərbaycan saatı”na, Milli Şuranın sədri Cəmil Həsənliyə, AXCP sədri Əli Kərimliyə, Qənimət Zahidə, Vidadi Mirkamala, Gültəkin Hacıbəyliyə və onların silahdaşlarına inanmağa” çağıran A.Məmmədov daha sonra bildirib ki, “əgər onlara inanırsınızsa, mənə də inanın”.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndəsi A.Məmmədov mayın 19-da Bakıda yaşayış binasında baş verən dəhşətli yanğından sonra öz facebook səhifəsində buna görə hakimiyyəti ittiham etmişdi. Onun bu fikirləri bir çox diplomatlar tərəfindən dəstəklənmiş, sonradan həmin diplomatlar vəzifəsindən azad olunmuşdu. Daha sonra A.Məmmədov özü də postundan istefa verib.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın