Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Arif Hacılıya qarşı etiraz aksiyası baş tutdu

Arif Hacılıya qarşı etiraz aksiyası baş tutdu

Azinforum.az APA-ya istinadən bildirir ki,  bu gün Müsavat Partiyasının qərargahı önündə bir qrup partiya üzvünün etiraz aksiyası keçirilib. Vurğun Əyyub və digər şəxslərin partiyadan kənarlaşdırılmasına etiraz məqsədilə təşkil olunan aksiyaya Müsavat üzvləri ilə yanaşı, partiyadan xaric edilmiş bəzi şəxslər də qatılıb. İştirakçılar Müsavat rəhbərliyinin apardığı siyasətə, üzvlərə qarşı sərt qərarlara öz etirazlarını bildirərək partiya rəhbərliyinin dəyişməsini, növbədənkənar qurultay çağırılmasını tələb ediblər.

Aksiya zamanı “İstefa!”, “Müsavat ailə partiyası deyil!”, “Müsavat xalqın partiyasıdır!”, “Növbədənkənar qurultay çağırılsın!” və digər şüarlar səsləndirilib, Müsavat başqanı Arif Hacılıdan və sabiq başqan İsa Qəmbərdən repressiyalara son qoyulması tələb olunub və hazırkı başqan istefaya çağırılıb. Çıxış edən partiyanın sabiq üzvü Əlövsət Sadıxlı Müsavatın sonuncu qurultayındakı qanun pozuntularını xatırladıb və Ədliyyə Nazirliyindən qurultayın nəticələrinin ləğvini tələb edib.

Partiyanın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli və digərləri də çıxışlarında Müsavat rəhbərliyinin ünvanına sərt tənqidlər səsləndiriblər.

Sonda aksiyanın qətnaməsi oxunub və partiya rəhbərliyinə təqdim olunub.

m-2.jpg

m-3.jpg

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın