Cümə , Oktyabr 30 2020
Ana səhifə / Sosial / “Arif Hacılı deputat olmaq üçün dombalaq aşar” – Səxavət Əlisoy

“Arif Hacılı deputat olmaq üçün dombalaq aşar” – Səxavət Əlisoy

“Müsavatdakıların bir neçəsini çıxmaq şərtilə, hamısı abırsız adamlardır, şantajla məşğuldurlar”.

Müsavat başqanının müavini Elman Fəttahın “Azərbaycan Demokratiya və Rifah” (ADR) hərəkatını hökumətə işləməkdə ittiham etməsi, keçmiş partiyadaşları tərəfindən etirazla qarşılanıb.
Müsavat başqanlığına keçmiş namizəd, “Azərbaycan Demokratiya və Rifah” (ADR) hərəkatının idarə heyətinin üzvü Səxavət Əlisoy ittihamlara münasibət bildirərək qeyd edib ki, Elman Fəttah siyasətdən anlayışı olmayan insandır, o ağzına gələni danışmaqla, gündəmə gəlmək istəyir.

“Əgər Elman Fəttahın iddia etdiyi kimi kökumət ADR-i dəstəkləsəydi, birinci Elman Fəttahın özünün harada olacağı sual altında olacaqdı, ikinci, o Arif Hacılının saxtakarlıq maşının vintidir. Eyni zamanda hakimiyyət bizi dəstəkləsə, Arif Hacılının qardaşlarından biri ADR-in ideoloqlarından biri ola bilərdi. Elman Fəttah isə artıq-əskik danışmasın, bir qədər də başını işlətsin”.

S.Əlisoy deyib ki, Arif Hacılı və komandası Müsavat partiyasını bərbad günə salıb: “Oturub öz günlərinə ağlasalar yaxşıdır. Başqasına şər atmaqdansa, Müsavatın başına açdıqlarından utansınlar. Ancaq, bu, mümkün deyil. Onlar ən yaxşı halda Arif Hacılının bağına yığışaraq yüz-yüz vuraraq etdiklərindən fərəh hissi keçirə bilərlər”.
ADR funksioneri qeyd edib ki, Müsavatda demokratiya anlayışı Arif Hacılının meyarları ilə müəyyənləşir: “Müsavat adlı dərnəkdə, sexdə Elman Fəttah və ya hansısa məddah Arif Hacılını tənqid edə bilər? Əlbəttə yox. Kim daha çox yaltaqlanırsa, ona vəzifə verirlər. Ona görə də Arif Hacılının 10-dan çox müşaviri var. Müsavatdakıların bir neçəsini çıxmaq şərtilə, hamısı abırsız adamlardır, şantajla məşğuldurlar”.
S.Əlisoy bildirib ki, Elman Fəttah Arif Hacılının göstərişi ilə bu fikirləri səsləndirib: “Müsavatdakı bu işlərin başında drijor Arif Hacılı dayanır. Heç kim onun xəbəri olmadan belə fikirlər səsləndirə bilməz. Arif Hacılının isə nə savadı, nədə mədəniyyəti var.

Arif Hacılının Müsavat Partiyasının başqanı olması müsavatçılar üçün təhqirdir. Müsavat nə siyasi aksiya, nə intellektual bir dəyirmi masa həyata keçirə bilmir. Bunların gerçək sifətini açmaq üçün sadəcə şərait yoxdur. Hakimiyyət bizi dəstəkləsəydi, biz onların iç üzünü tamamilə açıb ortaya qoyardıq. Arif Hacılı deputat olmaq üçün dombalaq da aşar”, – deyə S.Əlisoy vurğulayıb.
S.Əlisoy Elman Fəttahın hazırkı situasiyada niyə belə fikirlər səsləndirməsinə də münasibət bildirib: “Biz yanvarın 31-də keçirdiyimiz tədbirlə 2016-cı il üçün fəaliyyət proqramımızı açıqladıq. Eyni zamanda anti-böhran proqramını ortaya qoyduq. Bu proqram müxalifətin indiyə qədər ortaya qoyduğu ən sanballı sənəddir. Bu isə bizim opponentlərimizi sancılandırır, qısqanclıqla yanaşırlar. Əslində Arif Hacılının ansablındakıların belə hücumlarını gözləyirdik”.  AzVision.az

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …

Bir cavab yazın