Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Sosial / “Araz” supermarketlər şəbəkəsi Qarabağ qazisi ilə bağlı xəbərə aydınlıq gətirdi

“Araz” supermarketlər şəbəkəsi Qarabağ qazisi ilə bağlı xəbərə aydınlıq gətirdi

Hörmətli redaksiya, saytınızda yayımlanan xəbərlə bağlı bildirmək istərdik ki, haqqında bəhs edilən könüllü olaraq cəbhəyə yollanan Elməddin Xələfov “Araz” supermarketlər şəbəkəsinin əməkdaşı deyil. O, françayzinq biznes modeli ilə “Araz” la əməkdaşlıq edən, Kürdəmir şəhərində yerləşən “Elit” mağazasının əməkdaşıdır. Oxucularınıza aydın olması məqsədilə məlumat vermək istərdik ki, “Araz” supermarketlər şəbəkəsi olaraq françazyinq biznes modeli ilə əməkdaşlıq etdiyimiz mağazalara yalnız məhsul təminatı edirik. Həmin mağazaların öz sahibkarı var və biz o mağazaların kadrlar siyasəti, biznes prinsipləri v.s. məsələlərinə müdaxilə etmirik.

Qeyd edim ki, “Araz” supermarketlər şəbəkəsinin indiyə qədər 272 nəfər əməkdaşı hərbi səfərbərliyə çağırılıb. Onlardan təəssüf ki, 10 nəfəri yaralanıb, 8 nəfər əməkdaşımız isə şəhid olub. Səfərbərlikdə olan hər bir əməkdaşımızın əmək haqqları ödənilməkdədir. Vətən müharibəsində şəhid olmuş əməkdaşlarımıza qanunvericilikdə nəzərdə tutulan müavinət, yaralı əməkdaşlarımıza və hazırda xidmətini davam edən işçilərə isə əmək haqları qanunvericiliyə müvafiq olaraq ödənilir. “Araz” supermarketlər şəbəkəsi Vətən müharibəsi iştirakçısı olmuş hər bir əməkdaşımızın ailələrinə mənəvi dəstək verməklə yanaşı, yaralı və şəhid əməkdaşlarımızın ailələrinə xüsusi diqqət göstərir.

Onu da bildirim ki, Veysəloğli Şirkətlər Qrupu rəhbərliyinin qərarına əsasən, bütün şəhid olan əməkdaşların ailələri himayəyə götürülüb. Qərara görə, şəhid olan əməkdaşların orta əmək haqqı bundan sonra onların valideynləri, həyat yoldaşları və övladlarına yönləndiriləcək. Allahdan şəhidlərimizə rəhmət, yaralılara isə tezliklə şəfa tapmalarını diləyirik.

Billurə Əmirova ,

“Araz” supermarketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

Həmçinin oxuyun

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. ETSN-dən daxil olan xəbərdarlığa görə, Bakıda …