Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Araz Ağalarov Donald Trampı gözləyən təhlükələr…

Araz Ağalarov Donald Trampı gözləyən təhlükələr…

“Trampla ünsiyyətdə olduğum vaxt, həmin xatdan isə xeyli zaman ötüb, onun Rusiyaya olan münasibəti xeyli müsbət idi. Komandasına topladığı insanlar dünya görüşünü və bizə olan münasibətini dəyişməsələr, düşünürəm ki, qarşılıqlı münasibətlərin perpektivləri çox yaxşıdır”, – virtualaz.org xəbər verir ki, bunları “Komsomolskaya pravda” nəşrinə müsahibəsində rusiyalı Azərbaycan əsilli oliqarx Araz Ağalarov bildirib.

Araz Ağalarov onu da qeyd edib ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp onun ad günü münasibətilə təbrikinə cavab verib.

“Əgər yayda qeyd etdiyi ad günü münasibətilə təbrikimi nəzərdə tutursunuzsa, əlbəttə ki, cavab verdi. Çox xoş təşəkkür məktubu idi”, – milyarder deyib.

Prezident seçkilərində qələbəsi münasibətilə təbrikə Trampın cavab verib-vermədiyi ilə bağlı suala Araz Ağalarovun reaksiyası belə olub ki, Trampın hazırda buna vaxtı və imkanı yoxdur: “Düşünürəm ki, indi onun buna nə vaxtı, nə də imkanı var. Ümumilikdə, Amerikada Tramp əleyhinə isterika davam edir. Onlar (Trampın əleyhdarları – red.) davam edirlər… Bilmirəm, nəyə ümid edirlər – impiçmentə, yaxud başqa nəyəsə. Lakin ümumilikdə onu qaralamaq üçün kifayət qədər ciddi qüvvələr səfərbər olunub”.

Araz Ağalarov onu da vurğulayıb ki, Donald Trampın inauqurasiya mərasiminə qatılmayacaq: “Yox, planlaşdırmıram…”

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın