Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Araz Ağalarov: “Əsas odur, bizə zərəri dəyməsin”

Araz Ağalarov: “Əsas odur, bizə zərəri dəyməsin”

Azərbaycanlı əsilli məşhur rusiyalı biznesmen Araz Ağalarov “Komsomolskaya pravda” radiosunun efirində çıxış edib, müsahibədə ABŞ prezidenti Donald Trampın gələcək idarəçiliyinə dair gözləntilərindən danışıb. A.Ağalarov və onun oğlu Emin Ağalarov ABŞ-ın yeni prezidenti ilə şəxsən tanışdırlar. Tramp Moskvada bir neçə il öncə onların qonağı olub.
– Araz İskəndəroviç, düşünürəm ki, ABŞ-ın yeni prezidentinin inauqurasiya nitqini dinləmisiniz. Birincisi, biz bir-birimizi təbrik edə bilərik, mən də Trampı dəstəkləyirdim. 
– Bəli.
– Trampdan nə gözləyə bilərik?
– Trampdan heç nə gözləmək lazım deyil. Əsas odur, bizə zərər verməsinlər. Biz öz qüvvəmizə arxalanıb irəliləməliyik.
– Aydındır… Bəzi ekspertlər deyirlər ki, silahlanmanın yeni mərhələsi başlaya bilər və s. Bu olmayacaq ki?
– Düşünürəm ki, olmayacaq. Həm də belə bir mövqe var: baxarsız, daha da pis olacaq… Amma mən belə düşünmürəm.
– Ölkədə müəyyən qədər Donald Trampı tanıyan adam olduğunuz üçün belə düşünürsünüz? Onunla sıx işlədiyiniz üçün… Tramp 2013-cü ilin noyabrında Moskvaya gəlib, həmin vaxt Rusiyada “Kainat gözəli” müsabiqəsi keçirilirdi…
– O, praqmatik insandır. Dəfələrlə Rusiyada olub. İnsanları başa düşür, heç kəsi seçmir, hamının adi insan olduğunu düşünür. Hamı, amerikalılar da, elə ruslar da həyatını yaxşılaşdırmaq istəyir. Ona görə də ümumi düşmənlə mübarizə aparmaq lazımdır.
– Siz əlaqələri bərpa edəcəksiniz? Əslində siz heç əlaqələri kəsməmişdiniz də…
– Xeyr, bilirsiz indi vəziyyət necədir? Orda indi belə bir vəziyyət yaranıb ki, keçmiş biznes-tərəfdaşlardan kiminsə peyda olması qıcıqlanmaya səbəb olur. İndi hər şey şəffafdır.
Deyək ki, orda nə vaxtsa işlədiyi bir hindistanlı peyda olur, mətbuata vəlvələ düşür: Tramp öz köhnə əlaqələrini istifadə edir, biznes qurmaq istəyir və s. Mən görüş istəsəm, mənə etiraz etməyəcək. Amma bu birincisi, mənim tərəfdən ona qarşı düzgün addım olmaz. Çünki bütün mətbuat seçkilərə qədər “Kremlin izini” mənim fotom ilə çap edirdi. Guya ki, mən xüsusi göndərilmiş adamam və s. İndi də mənim orada, ən pisi isə Ağ Evdə peyda olmağım bunu təsdiq edər. Bütün qəzetlərdə bu yazılacaq. Ona görə də bu müddəti gözləmək lazımdır. Gələcəkdə isə zaman göstərər.
– Emin rusiyalı müğənnidir, bəlkə də dünyada yeganə müğənnidir ki, klipində ABŞ prezidenti çəkilib. 
– Bəli.
– Emin Ağalarov bunu brend etmək fikrində deyil? Axı Trampın rolu orada gözəçarpacaqdır. Bunu hansısa şəkildə vurğulamayacaq?
– Xeyr. Əksinə, bu klip əgər fikir vermisinizsə – Emin onu heç bir yerdə vurğulamır. O haradasa internetdədir. Onu çox yerdə göstərmirlər.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …

Bir cavab yazın